Komandamız
Birlik. Təcrübə. Məsuliyyət.
Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin idarə heyəti 18.05.2026 tarixində təsdiq edilmişdir. Komandamız Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin ehtiyaclarına cavab vermək, onları doğru məlumatla təmin etmək və tələbələr arasında güclü bir dayanışma mühiti yaratmaq məqsədilə fəaliyyət göstərir.

Azər Haqverdiyev
Təsisçi və İdarə Heyətinin Sədri
Peşəsi:
İxracaat və İdxalat Mütəxəssisi
Təhsil:
ODTÜ: Mədən Mühəndisliyi (Bakalavr)
Anadolu Ünuversiteti: Beynalxalq Ticarət və Lojistika (Bakalavr)
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanması, məlumatlandırılması və sosial-akademik dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Azər Cabbarlı
Sədr Müavini və ODTÜ Təmsilcisi
Peşəsi:
Tələbə
Təhsil:
ODTÜ: İstatistika (Bakalavr)
ODTÜ: Tətbiqi Riyaziyyat (Magistr)
Azər Cabbarlı Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin Sədr Müavini və ODTÜ üzrə Təmsilçisidir. Orta Doğu Texniki Universitetində Statistika üzrə bakalavr təhsili almış, hazırda Tətbiqi Riyaziyyat üzrə magistratura təhsilini davam etdirir. Dərnək çərçivəsində tələbə şəbəkəsinin inkişafı, universitetlərarası əlaqələrin gücləndirilməsi və layihələrin koordinasiyası istiqamətində fəaliyyət göstərir.

Phd.Dr. Elnur Can Muhammedoğlu
Təsisçi və Mailiyə Məsələləri Üzrə Sədr Müavini
Peşəsi:
Təhsilin İdarə Edilməsi və Yenidən Qurulması Üzərə mütəxəssis
Təhsil:
Gazi Üniversiteti; Təhsil fakultəsi (Bakalavr)
Gazi Universiteti: Təhsilin İdarə Edilməsi inustutu (Doktorantura)
Təhsilin idarə edilməsi və yenidən qurulması sahəsində mütəxəssisdir. Uzun illərdir ictimai və dərnək fəaliyyətlərində iştirak edir.



