Nicat Rəşidli
Qurucu Üzv
Nicat Rəşidli Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin qurucu üzvlərindən biridir. Orta Doğu Texniki Universitetində İnşaat Mühəndisliyi üzrə bakalavr təhsilini davam etdirir.
Universitet həyatı boyunca tələbə təşkilatçılığı, karyera tədbirləri və mədəni layihələrin həyata keçirilməsi istiqamətində fəal fəaliyyət göstərmişdir. İACES METU rəhbərliyi dövründə ODTÜ-də keçirilən və inşaat mühəndisliyi sahəsində mühüm tələbə-karyera platformalarından biri hesab olunan böyük karyera tədbirlərinin təşkilində iştirak etmişdir.
Eyni zamanda ODTÜ-də Azərbaycan Kültür Gününün təşkilində önəmli rol oynamışdır. Rektorluq nümayəndələrinin və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin iştirakı ilə keçirilən bu tədbir Azərbaycan mədəniyyətinin universitet mühitində tanıdılması, tələbələr arasında milli-mədəni əlaqələrin gücləndirilməsi və Azərbaycanlı tələbələrin ODTÜ daxilində daha görünən şəkildə təmsil olunması baxımından əhəmiyyətli olmuşdur.
Dərnək çərçivəsində təşkilati təcrübəsi, tələbə fəaliyyətlərində qazandığı praktiki biliklər və layihə idarəetməsi sahəsindəki təcrübəsi ilə komandanın inkişafına töhfə verir. Fəaliyyətində məsuliyyətli yanaşmaya, komanda işinə və tələbələr üçün faydalı platformaların yaradılmasına önəm verir.

