Arzu Kazımlı
Nəzarət-Təftiş Komissiyası Əsas üzvü və OSTİM Teknik Universiteti Təmsilcisi
Arzu Kazımlı Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin Nəzarət-Təftiş Komissiyası üzvü və OSTİM Teknik Universiteti üzrə təmsilçisidir. OSTİM Teknik Universitetində İdarəetmə İnformasiya Sistemləri ixtisası üzrə bakalavr təhsilini davam etdirir.
Universitet həyatı boyunca texnologiya, idarəetmə və rəqəmsal sistemlər sahələrinə maraq göstərmiş, bu istiqamətdə akademik biliklərini inkişaf etdirməyə çalışmışdır. Təhsil aldığı sahənin müasir dövrün ehtiyaclarına uyğunluğu, yenilənən texnologiyalarla əlaqəsi və fərqli sahələrdə tətbiq imkanları onun əsas maraq dairəsini formalaşdırır.
Dərnək çərçivəsində OSTİM Teknik Universitetində təhsil alan azərbaycanlı tələbələrlə əlaqələrin gücləndirilməsi, yeni gələn tələbələrin universitet mühitinə uyğunlaşması və tələbələrin dərnək f əaliyyətləri haqqında məlumatlandırılması istiqamətində fəaliyyət göstərir.
Eyni zamanda Nəzarət-Təftiş Komissiyası üzvü olaraq dərnəyin fəaliyyətində məsuliyyətli yanaşmanın, şəffaflığın və təşkilati nizamın qorunmasına töhfə verir. Təhsil və könüllü fəaliyyətlərdən qazandığı təcrübə ilə tələbələr arasında faydalı əlaqələrin qurulmasına və dərnəyin universitetlərdə daha aktiv təmsil olunmasına dəstək göstərir.

