YÖK denklik və diplom təsdiqi xidməti
Bu xidmət Türkiyədə və ya digər ölkələrdə ali təhsilini tamamlamış şəxslərin diplomlarının Türkiyə Respublikasında tanınması və YÖK denklik müraciəti prosesində peşəkar dəstək almaları üçün nəzərdə tutulur.
Dərnəyimiz Yükseköğretim Kurulu — YÖK tərəfindən həyata keçirilən tanıma və denklik müraciətləri zamanı sənədlərin hazırlanması, sistem üzərindən müraciət prosesinin aparılması, əksik sənədlərin müəyyən edilməsi, rəsmi yazışmaların hazırlanması və prosesin izlənilməsi üzrə təşkilati və koordinasiya dəstəyi göstərir.
Bu xidmət ödənişli əsaslarla və yalnız müvafiq xidmət müqaviləsi imzalandıqdan sonra həyata keçirilir. Xidmətin həcmi, xidmət haqqı, ödəniş qaydası, tələb olunan sənədlər, tərəflərin öhdəlikləri və məsuliyyət çərçivəsi əvvəlcədən müqavilədə göstərilir.
Xidmət çərçivəsində görülə biləcək işlər
YÖK denklik müraciəti üçün tələb olunan sənədlər barədə ilkin məlumatlandırma;
Diplom, transkript və digər təhsil sənədlərinin yoxlanılması;
Tərcümə, notarial təsdiq və apostil ehtiyacı olan sənədlər üzrə yönləndirmə;
YÖK sistemində müraciət üçün sənədlərin uyğunluğunun yoxlanılması;
Başvuru prosesinin hazırlanması və aparılmasına dəstək;
Əksik və ya yanlış sənədlərin müəyyən edilməsi;
YÖK tərəfindən əlavə sənəd tələb edildiyi halda tələbənin məlumatlandırılması;
Rəsmi dilekçə və izah məktublarının hazırlanmasına dəstək;
Başvurunun mərhələlər üzrə izlənilməsi;
Tələbə və ya məzunun proses boyunca məlumatlandırılması;
Zərurət olduqda YÖK və aidiyyəti qurumlarla yazışma prosesində dəstək.
YÖK denklik başvuru rüsumunun ödənilməsi prosesində yönləndirmə və koordinasiya dəstəyi;
Denklik prosesində mümkün qərarlar
YÖK müraciət edilən ölkə, universitet, ixtisas, təhsil müddəti, keçilən dərslər və akademik göstəricilərə əsasən fərqli qərarlar verə bilər. Müraciət nəticəsində diplomun tanınması, denklik verilməsi, əlavə sənəd tələb olunması, seviye tespit sınavı, staj, əlavə dərs və ya digər tamamlayıcı prosedurlar tələb oluna bilər.
Dərnəyin xidməti sənədlərin düzgün hazırlanması, başvurunun sistemli aparılması və prosesin izlənilməsi ilə məhdudlaşır. Denklik qərarının verilməsi, rədd qərarı, əlavə sənəd, imtahan, staj və ya digər tamamlayıcı tələblər tamamilə YÖK-ün səlahiyyətindədir.
Xidmət haqqı və əlavə xərclər
YÖK denklik və diplom təsdiqi xidməti ödənişlidir. Xidmət haqqı müraciətin vəziyyətinə, sənəd sayına, prosesin mürəkkəbliyinə və tələb olunan dəstəyin həcminə görə əvvəlcədən müəyyən edilir.
Tərcümə, notarius, apostil, kargo, rəsmi rüsum, imtahan haqqı, universitet sənədləri və digər üçüncü tərəf xərcləri xidmət haqqına daxil deyil və müraciət edən şəxs tərəfindən ayrıca ödənilir.
Vacib qeyd
Dərnək denklik nəticəsinə zəmanət vermir. Xidmət yalnız müraciətin qanuni prosedurlara uyğun hazırlanması, sənədlərin düzgün təqdim edilməsi, prosesin izlənilməsi və müraciətçinin məlumatlandırılması məqsədi daşıyır.
Bütün müraciətlər rəsmi və qanuni prosedurlara uyğun şəkildə həyata keçirilir. Saxta sənəd hazırlanması, yanlış məlumat verilməsi, qeyri-rəsmi yollarla nəticə əldə edilməsinə cəhd edilməsi və qanunsuz vasitələrdən istifadə qəti şəkildə qəbul edilmir.

