top of page

Başkent Universitetinə ziyarət həyata keçirildi

Azmoder

29 Aprel 2024

AZMODER nümayəndələri 29.04.2024 tarixində Başkent Universitetində universitet rəhbərliyi və müvafiq şöbə nümayəndələri ilə görüş keçirərək tələbələrlə bağlı məsələlər və mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardılar.

29 aprel 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin nümayəndələri Başkent Universitetini ziyarət ediblər.


Ziyarət çərçivəsində Başkent Universitetinin rektorluq makamında Rektor Yardımcısı, Öğrenci İşleri Daire Başkanı və Uluslararası Öğrenciler Koordinatörlüğünün nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı dərnəyimizin fəaliyyəti haqqında məlumat verilib, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin ehtiyacları, universitet mühitində qarşılaşdıqları məsələlər və onlara göstərilə biləcək dəstək imkanları barədə fikir mübadiləsi aparılıb.


Müzakirələr zamanı tələbələrin akademik və sosial həyatına dəstək, məlumatlandırma fəaliyyətləri, universitet daxilində tələbələrlə əlaqələrin gücləndirilməsi və gələcəkdə həyata keçirilə biləcək mümkün əməkdaşlıq istiqamətləri haqqında danışılıb.


Başkent Universiteti rəhbərliyi və müvafiq şöbə nümayəndələri tərəfindən səmimi şəkildə qarşılanmağımız bizi çox məmnun etdi. Görüşün açıq, faydalı və qarşılıqlı anlayış şəraitində keçməsi gələcək əməkdaşlıq imkanları baxımından bizim üçün dəyərli oldu.


AZMODER olaraq göstərilən diqqətə, səmimi qəbula və faydalı fikir mübadiləsinə görə Başkent Universiteti rəhbərliyinə və görüşdə iştirak edən bütün nümayəndələrə təşəkkürümüzü bildiririk.

Meşrutiyet Neighborhood, Konur St, Özsoy Business Center, No: 25/13, Çankaya, Ankara, Turkey.
info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page