top of page

AZMODER sədri Azər Haqverdiyev Bakı Ali Neft Məktəbində görüş keçirdi

Azmoder

07 Yanvar 2025

Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin sədri Azər Haqverdiyev Bakı Ali Neft Məktəbində görüş keçirərək Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə Azərbaycandakı ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, universitetlərimizin Türkiyədə daha geniş tanıdılması və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.

Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin sədri Azər Haqverdiyev Bakı Ali Neft Məktəbini ziyarət edib.


Ziyarət çərçivəsində Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə Azərbaycandakı ali təhsil müəssisələri arasında daha güclü akademik və sosial körpülərin qurulması, tələbələrin qarşılıqlı məlumatlandırılması və universitetlərimizin Türkiyədə daha geniş tanıdılması istiqamətində müzakirələr aparılıb.


Görüş zamanı Bakı Ali Neft Məktəbinin potensialı, yüksək səviyyəli təhsil mühiti, müasir infrastrukturu və beynəlxalq standartlara uyğun akademik yanaşması xüsusi olaraq dəyərləndirilib. BANM-in yalnız Azərbaycanın deyil, regionun da seçilən ali təhsil müəssisələrindən biri kimi formalaşması qürurverici hal kimi qeyd olunub.


Bakı Ali Neft Məktəbinin nümayəndəsi Taleh Mansurov AZMODER sədri Azər Haqverdiyevi səmimi şəkildə qarşılamış, universitetin infrastrukturu, tədris mühiti və tələbələr üçün yaradılan imkanlarla yaxından tanış etmişdir.

Görüşdə həmçinin BANM-in Türkiyədə daha geniş tanıdılması, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə Azərbaycan universitetləri haqqında daha doğru və sistemli məlumatların çatdırılması, eləcə də gələcəkdə ortaq layihə və tanıtım fəaliyyətlərinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.


AZMODER olaraq inanırıq ki, Azərbaycanın belə güclü, müasir və iddialı ali təhsil müəssisələrinin beynəlxalq müstəvidə daha geniş tanıdılması həm tələbələrimiz, həm də ölkəmizin təhsil brendi üçün böyük əhəmiyyət daşıyır.

Səmimi qəbula, faydalı müzakirəyə və göstərilən diqqətə görə Bakı Ali Neft Məktəbinə və Taleh Mansurova təşəkkürümüzü bildiririk.

Meşrutiyet Neighborhood, Konur St, Özsoy Business Center, No: 25/13, Çankaya, Ankara, Turkey.
info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page