top of page

AZMODER sədri Araz FM-də “Edutech” verilişinin qonağı olub

Azmoder

09 İyul 2025

AZMODER sədri Azər Haqverdiyev 09.07.2025 tarixində Araz FM-də yayımlanan “Edutech” verilişində iştirak edərək Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdığı çətinliklər, bürokratik proseslər və praktik həll yolları barədə danışıb.

09 iyul 2025-ci il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin sədri Azər Haqverdiyev Araz FM-də yayımlanan “Edutech” verilişinin qonağı olub.


Verilişdə “EduCo Azerbaijan” xaricdə təhsil şirkətinin rəhbəri Rəşad Abbasov ilə birlikdə Türkiyədə təhsil alan və təhsil almağı planlaşdıran azərbaycanlı tələbələrin qarşılaşdığı əsas məsələlər müzakirə edilib.


Söhbət zamanı tələbələrin universitet seçimi, sənədləşmə prosesi, yaşayış icazəsi, bürokratik maneələr, adaptasiya dövrü və Türkiyədə tələbə həyatına hazırlıq kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda real tələbə təcrübələrindən çıxış edilərək, bu proseslərdə daha düzgün və məlumatlı qərar verməyin əhəmiyyəti vurğulanıb.


AZMODER olaraq Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdığı məsələlərin ictimai müzakirəyə çıxarılmasını və gənclərin doğru məlumatlandırılmasını vacib hesab edirik. Bu baxımdan “Edutech” kimi maarifləndirici platformalar tələbələrin xaricdə təhsilə daha hazırlıqlı başlaması üçün mühüm rol oynayır.


Veriliş zamanı bir daha qeyd olunub ki, xaricdə təhsildə uğur təsadüfi deyil; düzgün hazırlıq, etibarlı məlumat, real təcrübə və davamlı dəstək bu prosesin əsas şərtlərindəndir.

Mövzunu peşəkar və obyektiv şəkildə yönləndirdiyi üçün aparıcı İlham Rəcəbə, yayımı həyata keçirən Araz FM kollektivinə və dəvətə görə Rəşad Abbasova təşəkkürümüzü bildiririk.


AZMODER olaraq Türkiyədə təhsil alan və təhsil almağı planlaşdıran tələbələrin doğru məlumatlandırılması istiqamətində maarifləndirici fəaliyyətlərimizi davam etdirəcəyik.

Meşrutiyet Neighborhood, Konur St, Özsoy Business Center, No: 25/13, Çankaya, Ankara, Turkey.
info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page