top of page

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov ilə görüş keçirildi

Azmoder

24 İyul 2024

AZMODER nümayəndələri 24.07.2024 tarixində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov ilə görüşərək Azərbaycan mədəniyyətinin Türkiyədə daha geniş tanıdılması və tələbələrin bu prosesdə iştirakı barədə fikir mübadiləsi aparıblar.

24 iyul 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin nümayəndələri Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri cənab Samir Abbasovun qəbulunda olublar.


Görüş zamanı dərnəyimizin fəaliyyəti haqqında məlumat verilmiş, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Azərbaycan mədəniyyətinin tanıdılması prosesində daha fəal iştirakı və bu istiqamətdə həyata keçirilə biləcək mümkün layihələr barədə fikir mübadiləsi aparılmışdır.


Müzakirə çərçivəsində Azərbaycan mədəniyyətinin Türkiyədə daha geniş auditoriyaya çatdırılması, tələbələrin mədəni tədbirlərə cəlb olunması, milli dəyərlərimizin gənclər vasitəsilə yaşadılması və Azərbaycan-Türkiyə mədəni əlaqələrinin gücləndirilməsi istiqamətində görülə biləcək işlər dəyərləndirilmişdir.


AZMODER olaraq inanırıq ki, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr yalnız akademik sahədə deyil, həm də mədəniyyətimizin tanıdılması və təbliği istiqamətində mühüm rol oynaya bilərlər. Bu baxımdan Azərbaycan Mədəniyyət Mərkəzi ilə qurulan əlaqələri gələcək fəaliyyətlərimiz üçün dəyərli hesab edirik.


Görüş zamanı Samir Abbasovun Azərbaycan mədəniyyətinin Türkiyədə tanıdılması istiqamətindəki vizyonu, fəal yanaşması və əməkdaşlığa açıq mövqeyi tərəfimizdən yüksək qiymətləndirilmişdir.


AZMODER olaraq səmimi qəbula, göstərilən diqqətə və faydalı fikir mübadiləsinə görə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri cənab Samir Abbasova təşəkkürümüzü bildiririk. Gələcəkdə tələbələrimizlə birlikdə Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində həyata keçiriləcək fəaliyyətlərin fəal bir parçası olmağa çalışacağıq.

Meşrutiyet Neighborhood, Konur St, Özsoy Business Center, No: 25/13, Çankaya, Ankara, Turkey.
info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page