top of page

26 İyun Silahlı Qüvvələr Günü münasibətilə online bilik yarışması keçirildi

Azmoder

25 İyun 2026

AZMODER-in təşkilatçılığı və Ankaradakı azərbaycanlı tələbə təşkilatlarının dəstəyi ilə Türkiyədə təhsil alan tələbələr üçün 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunmuş Kahoot online bilik yarışması keçirildi.

5 iyun 2026-cı il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi — AZMODER-in təşkilatçılığı və Ankaradakı azərbaycanlı tələbə təşkilatlarının dəstəyi ilə Türkiyədə təhsil alan tələbələr üçün 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə online bilik yarışması keçirilib.


Kahoot platforması üzərindən təşkil olunan yarışmanın əsas məqsədi tələbələr arasında Azərbaycanın hərb tarixi, Silahlı Qüvvələrimizin keçdiyi inkişaf yolu və milli dövlətçilik dəyərləri ilə bağlı məlumatlılığı artırmaq, eyni zamanda tələbələri maarifləndirici və əyləncəli formatda bir araya gətirmək olub.


Yarışma Türkiyə saatı ilə 20:00-da online formatda keçirilib. Maksimum iştirakçı sayı 200 nəfər olaraq müəyyən edilmişdir. Yarışmada yer olduğu halda hər kəs iştirak edə bilsə də, hədiyyə qazanmaq hüququ yalnız Türkiyədə təhsil alan azərbaycanlı bakalavr, magistr və doktorantura tələbələrinə aid edilmişdir.


Yarışmanın qalibləri üçün aşağıdakı hədiyyələr nəzərdə tutulmuşdur


Yarışma tələbələr tərəfindən böyük maraqla qarşılanmış və səmimi, həyəcanlı, rəqabətli atmosferdə keçmişdir. İştirakçılar həm biliklərini sınamaq, həm də 26 İyun Silahlı Qüvvələr Gününün tarixi və mənəvi əhəmiyyətini daha yaxından öyrənmək imkanı əldə ediblər.


Bu yarışmanın hazırlanması prosesində Azərbaycan Respublikası Müdafiə Nazirliyi də müraciətimizə müsbət cavab verərək yarışma üçün 5 sual təqdim etmişdir. Nazirliyin bu sual dəstəyi bizim üçün xüsusi dəyər daşıyır və tədbirin məzmun baxımından daha ciddi, faydalı və rəsmi xarakter qazanmasına mühüm töhfə vermişdir.


Yarışmanın təşkilində və yayılmasında aşağıdakı tələbə təşkilatları dəstək göstərmişdir:

  • Ankara Universiteti Azərbaycanlı Tələbə Təşkilatı

  • Ankara Yıldırım Beyazıt Universiteti Azərbaycanlı Tələbə Təşkilatı

  • Azərbaycan–Türkiyə Tələbə Birliyi

  • Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi — AZMODER

  • Ankara Hacı Bayram Veli Universiteti Azərbaycanlı Tələbələr Qrupu

  • Ankara Medipol Azərbaycanlı Tələbələr Birliyi

  • OSTİM Teknik Universiteti Azərbaycanlı Tələbələr Birliyi

  • Gazi Universiteti Azərbaycanlı Tələbələr Birliyi


AZMODER olaraq belə maarifləndirici tədbirlərin xaricdə təhsil alan azərbaycanlı tələbələrin milli tariximizə, dövlətçilik ənənələrimizə və ordumuza olan bağlılığının güclənməsi baxımından böyük əhəmiyyət daşıdığına inanırıq.

Yarışmanın təşkilində dəstək göstərən Ankaradakı azərbaycanlı tələbə təşkilatlarına, sual dəstəyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və iştirak edən bütün tələbələrə təşəkkürümüzü bildiririk.


Qəhrəman Ordumuzla qürur duyuruq!

Meşrutiyet Neighborhood, Konur St, Özsoy Business Center, No: 25/13, Çankaya, Ankara, Turkey.
info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page