top of page

Azərbaycan Respublikasının Türkiyədəki Nümayəndəlikləri və Xidmətləri

Xatırladırıq ki, burada təqdim olunan məlumatlar diplomatik nümayəndəliklərin rəsmi internet səhifəsindən götürülüb və tələbə təcrübələrinə əsaslanaraq paylaşılır. Nümayəndiklərimiz xidmətləri  üçün dərnəyimizlə heç bir rəsmi əməkdaşlıq etmir. Əgər hər hansı bir məlumatda uyğunsuzluq və ya ziddiyyət varsa, diplomatik nümayəndələrimizin rəsmi informasiya kanallarına etibar etmənizi tövsiyə edirik.

 

 

Türkiyədə yaşayan və təhsil alan Azərbaycan vətəndaşları üçün ən vacib rəsmi ünvanlardan ən önəmlisi Azərbaycan Respublikasının Səfirliyi və ona bağlı konsulluq nümayəndəlikləridir.  Bu səhifə vasitəsilə Ankara, İstanbul və Kars şəhərlərində fəaliyyət göstərən konsulluq nümayəndəliklərinin ünvan və əlaqə məlumatlarını, eyni zamanda təqdim etdikləri xidmətlər barədə əsas və sadə məlumatları təqdim edirik.  Qeyd edək ki, bu səhifədə yer alan məlumatlar Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi tərəfindən toplanmış, rəsmi mənbələrə əsaslanır və informativ məqsədlidir. Nümayəndiklərimiz sənədləri şəxsən baş vurulmasını tələb edir. Türkiyədə yaşayan azərbaycanlı vətəndaşlarının sayını da nəzərə alsaq səfirlik orqanlarının çox yoğun temptdə çalışdığını anlaya bilərik. Odur ki, bəzən zəng edərək oraya düşməkdə çətinlik yarana bilər. Lakin xüsusiylə Ankara səfirliyinə müraciətlərdə mail istifadə etməniz önəmlidir. 

 

Ankara səfirliyi

İş vaxtı: Bazar ertəsi - Cümə (09:30 - 13:00)
Adress:
 Diplomatik Site, Baku Sok. No:1, 06450 Oran, Ankara 

Telefon: +90 312 491 16 81

Mail: ankara@mission.mfa.gov.az

            consul_ankara@mission.mfa.gov.az (konsulluq bölməsi)
Web Səhifəsi: https://ankara.mfa.gov.az/

İstanbul Konsulluğu

İş vaxtı:  Sənədlərin qəbulu: 09:00-12:30

                    Sənədlərin verilməsi: 14:30-16:30


Adress: Zeytinoğlu Caddesi No 65, Akatlar Beşiktaş / İstanbul

Telefon: +90 312 491 16 81

Mail: istanbul@mission.mfa.gov.az 


Web Səhifəsi: istanbul.mfa.gov.az/tr

03.

Describe the key features of the service and how users can benefit from it.

Xidmətlər

Xidmətlərdə dəyişiklik olması mümkündür. Qurumlar sizdən əlavə sənəd tələb edə bilər.

Azərbaycan_pasportu_2021.jpg

Pasportun Yenilenməsi

Pasportun yenilənməsi üçün tələbələrdən tələblərə aşağıdakı qaydalara riayət etməlidirlər. 
ilk öncə əlqali konsulluqdan telefon və ya mail vasitəsiylə randevu almanız gərəkir. Randevu zamanı aşağıdakı sənədləri gətirməniz lazımdır tələb edilir. 
1. Ərizə anket
2. Şəxsiyyət vəsiqəsi (əsli və surəti, və ya keyfiyyətli scan edilmiş surəti)
3. Pasport (əsli və surəti)
4. 18-30 yaş arası vətəndaşlara hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya  möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli (İlkin hərbi qeydiyyat vərəqəsi, əsli və surəti) və ya Hərbi bilet (əsli və surəti).
5. Konsul qeydiyyatı vərəqəsi
6. 25 USD məbləğində Dövlət rüsumunun ödənilməsi barədə qəbzin əsli və AR DİN-in büdcəsinə ödəniş barədə qəbzin surəti.


Sənədləri təhvil verdikdən sonra posport rusumunu online və ya yaxın qohumunuz vasitəsiylə Azərbaycan Respublikasında ödəyə bilərsiniz. 

 

  • bir yaşınadək uşaqlar üçün – 15 manat;                                                        

  • bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;                                   

  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;                            

  • on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.

    Yeni pasportun gəlməsi diplomatik karg 

18 yas alti muvakarname 2_0001.webp

Türksoylu Bəlgəsi (sadəcə xəstəxanalar və təhsil haqqında endirim üçün)

Konsulluqdan alınan Türksoylu bəlgəsi sadəcə bəzi  xəstəxanalarda endirim edilməsi üçün istifadə oluna bilinir. Bunun üçün pasportunuzla konsuluğa müraciət etməniz tələb edilir. Ayrıca bu xidmət üçün konsulluq hesabına 10 dollar ödənməlidir. Bu sənədi də Dış İşlərindən təsdiq edilməlidir. 

18 yas alti muvakarname 2_0001_edited.jpg

Sənədlərin Təsdiqi

Azərbaycanda sənədlərini apostil etməyi unudulanlar konsulluqda təsdiq edə bilərlər. Tələbələr üçün Doğum Haqqında Şəhadətnaməni, Valideyinlərin icazə Ərizəsini təsdiq edə bilərsiniz. Bunun üçün şəhadətnamənin əsli və icazə ərizəsinin orginalı olmalıdır. İlk öncə Ankarada Sancar Tərcümədə gərəkli sənədlər tərcümə edilir, səfirliyin Zıraat Bank hesabına sənəd başına 20 dollar ödənməlidir və dekontla bərabər konsulluq şöbəsinə təhvil verilir. Sənədlər konsulluq şöbəsində təsdiqdən sonra Balgatda yerləşən Dış İşləri Bakanlığında Tasdik şöbəsində təsdiq edilməlidir.  Bakanlıq sənəd başına  895,80.-TL nəğd pul alır. Tasdik şöbəsində daha öncədən randevu alıb gedərsəniz sıra gözləməzsiniz amma randevusuz getsəniz də randevu alanlar bitdikdən sonra sırayla alırlar. tasdik üçün randevu almaq üçün linki klikləyin. 

18 yas alti muvakarname 2_0001.webp

Yeni Doğulmuş Övlada Pasportun Alınması

Türkiyədə doğulmuş uşaqlara sənəd alınması üçün aşağıdakı prosedura diqqət edilməlidir. Xatırladaq ki, yeni doğulmuş uşaqların qeydiyyatı üçün Göç İdarəsi 6 aylıq bir vaxt verir. 6 ayı keçmiş uşaqların çıxış girişi tələb edilir. Pasportun alınması üçün ilk öncə doğum haqqında şəhadətnamə yəni FİN nömrəsi alınmalıdır. Doğum Haqqında şəhadətnamə Azərbaycanda düzəldilməlidir. Bunun üçün aşağıdakı prosedur yerinə yetirilməlidir.

1. Xəstəxanada Doğum Haqqında Sənəd verilir. Xəstəxanaların möhürləri birbaşa apostil olunmayacağına görə mütləq Sənədi İl Sağlıq Müdürlüyündə təsdiq edildikdən sonra apostil edilməlidir. 
2. Türkiyədə yaşadığı ilçə nüfüs müdürlüyündə uşağın qeydiyyatı edilib Doğum Bıldırım Formu alınıb apostil edilməlidir. 

3. 2 ayı içində sənədləri göndərimədiyində Azərbaycandakı qurum uşağın yaşadığına dair sağlamlıq kağızı tələb edə bilirlər. 

4. Mobil notariat, konsulluqda və Türkiyədə notariusda (notarıusdan alşnırsa sənəd apostil olunmalıdır)  Azərbaycanda birinə etibarnamə verilməlidir. 

5. Uşağın fin nömrəsi alındıqdan sonra pasport üçün başvuru üçün randevu tələb edə bilərsiniz.  

Subaylıq Sənədinin Alınması

Subaylıq sənədi almaq üçün konsulluğa baş vurmaq çox uzun çəkir. Ən yaxşı variant onu Azərbaycandan etibarnaməylə alınıb apostil edilib gətirilməsidir. Əgər belə bir imkan yoxdursa konsulluq şöbəsinə yaxınlaşaraq ərizə yazmanız lazımdır. Konsulluq idarəsi əlaqəli quruma sorğu göndərərək 30 gün qədər cavab ala bilir. 

Meşrutiyet Neighborhood, Konur St, Özsoy Business Center, No: 25/13, Çankaya, Ankara, Turkey.
info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page