top of page

Təranə Əhmədova

Sədr Müavini və TED Universiteti Təmsilcisi

Təranə Əhmədova Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin Sədr Müavini və TED Universiteti üzrə Təmsilçisidir. TED Universitetində Beynəlxalq Əlaqələr ixtisası üzrə təhsil alır.


Dərnək çərçivəsində tələbələrlə əlaqələrin qurulması, universitet daxilində məlumatlandırma işlərinin təşkili və tələbələrin sosial, akademik və təşkilati fəaliyyətlərə cəlb olunması istiqamətində fəaliyyət göstərir. Eyni zamanda dərnəyin müxtəlif layihələrinin hazırlanması və həyata keçirilməsində, universitetlərarası əlaqələrin gücləndirilməsində və tələbə şəbəkəsinin inkişaf etdirilməsində komanda ilə birlikdə çalışır.


Fəaliyyətində məsuliyyətli yanaşmaya, komanda işinə və tələbələrin ehtiyaclarının düzgün müəyyənləşdirilməsinə önəm verir. Dərnəyin tələbələr arasında daha güclü əlaqə və qarşılıqlı dəstək mühiti formalaşdırmaq istiqamətindəki fəaliyyətlərinə töhfə verir.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page