top of page

Oturum/İkamet

Oturum/ ikamət haqda detaylı bilgiləri digər səhifələrdə paylaşmışıq. Burada isə tələbələrin ən çox verdiyi sualların cavablarını yazacağıq.

 

Sual: İkamete baş vurmaq məcburidir mi? Nə zaman baş vurmalıyam? Hansı sənədlər lazımdır?

 

Cavab: Turistik məqsədlərdən (90 günü keçənlər istisna) başqa bütün məqsədlərdə başvurmaq məcburidir. Azərbaycan Respublikası vətandaşları Türkiyə Respublikasından 180 gün içində 90 gün vizasız qala bilirlər. Türkiyəyə yeni gələnlər 90 gün içində, oturum iznləri olanlar uzatma başvurularını bitiş tarixindən 60 gün öncədən oturum izinə başvura bilərlər. Ətrafli linkdə

Sual: Oturum izni/Viza vaxtını keçirmişəm. Nə qədər cəza alaram?

Cavab: Cəzaların hesablanması bir çox faktordan asili olduğundan (neçə gün, oturum olub mu, hansı maddədən deport olursunu və.s.) ən dəqiq hesablamanı sərhədlərdəki Göç İdarəsinın sərhəd məmurları hesablaya bilirlər.

Sual: Türkiyəyə şəxsiyyət vəsiqəsiylə girmişəm oturumu necə ala bilərəm?

Cavab: Türkiyədə oturum almaq istəyənlər mütləq pasportla girməlidirlər. Şəxsiyyət vəsiqəsiylə girənlər çıxış edib yenidən giriş etmək məsləhət görülür. Başvuru olaraq sənədləri GÖÇ İdarəsi qəbul etsə də universitetə qeydiyyat, sığorta kimi sənədlərdə ciddi problemlər yaşanır. Ən yaxın və ucuz yol  Naxçıvan yolu bağlı olduğu üçün ən yaxşı variant Batumiyə getməkdir. Hava limanından pasport qeydiyatı edib gömrükdən çıxıb təyyarəyə minmədən geri qayıtmaq sizə o haqqı verməz. Tamamən ölkədən çıxmaq lazımdır.

Sual: Oturumum var, Pasportumu dəyişdim nə etməliyəm? Oturumum iptal olarmı?

Cavab: Oturumunuz iptal olmaz amma Göç İdarəsinə gedib diləkçəylə bildirməlisiniz. 

Sual: Oturum baş vurdum nə zaman gələr? Necə tezləşdirə bilərəm?

Cavab. Göç İdarəsinin dəyərləndirmək üçün qanuni vaxtı 90 gündür. 90 günə kartın gəliş tarixi daxil deyil. Tezləşdirmək mümkün deyil məcbur gözləməlisiniz.

Sual: Ata, anam, bacım və ya qohumlarım (nənə/baba, dayı və.s) mənim üstümdən oturum ala bilərmi?

Cavab: Əgər 18 yaşınız tamam olmayıbsa Göç idarəsi oturum harc qarşılığında oturum verə bilər. 18 yaşından böyüksünüzsə cinsiyyət ayırımı etmədən bunu dəyərləndirməyə alır çox böyük ehtimal da rədd edir.

Sual: Sənədlərimi Göç İdarəsinə nə zaman və necə təqdim etməliyəm? Göç İdarəsinə nə zaman təslim etməliyəm?

Cavab. 11 noyabr 2023 tarixindən etibarən Göç İdarələrinə birbaşa sənəd təslimi ləğv edilib.
İkamet üçün tələb olunan sənədlər universitetlərin Beynəlxalq Əlaqələr (International Office) şöbələrinə təqdim edilir. Göç İdarəsinə birbaşa müraciət edən şəxslər geri qaytarılaraq universitetə yönləndirilir.

 Sual: 18 yaşım olmayıb, valideynlərim ayrıdır. Valideyn icazəsi üçün necə bir prosedur izləməliyəm?

Cavab. Valideyinlər arasında nigahın pozulması varsa bu durumda vəlayətin kimdə olmasına baxılır. Vəlayət kimdədirsə onun icazəsi yetərli olur. Lakin sənədin keçərli olması üçün vəlayətin verilməsinə bağlı məhkəmə qərarı da təqdim edilməlidir. Qərarın Azərbaycanda apostili şərtdir.

Sual: 18 yaşım olmayıb və valideynlərim yoxdur, vələyətim başqa bir şəxsdədir. Nə etməliyəm?

Cavab: Bu halda vələyətin kimdə olduğunu göstərən rəsmi sənəd və məhkəmə qərarının Azərbaycanda apostilli alınmalıdır. Türk dilinə təsdiqli tərcüməsi təqdim edilməlidir.

Sual: 18 yaşım tamam olmadı kirayədə qalıram amma müqavilə imzalamağa icazə verilmədi ünvanımı necə təqdim etməliyəm.

Cavab: Türk Mülki Qanununa əsasən 18 yaşını tamamlamayan şəxslərin imzaladığı rəsmi sənədlərin keçərli sayılmadığını bilməlisiniz. Bu halda eyni ünvanda yaşayan, 18 yaşını tamamlamış Türkiyə vətəndaşı və ya 18 yaşını tamamlamış ikamet izni olan xarici vətəndaş notariusdan yanında qaldığınıza dair muvafakatnamə verməlidir.

Sual: İkamet iznim var amma ünvanımı dəyişmişəm nə etməliyəm?

Cavab: Göç İdarəsi qaydalarına əsasən ünvan dəyişikliyi 20 gün ərzində bildirilməlidir. Yeni ünvan təqdim edilərkən notariusdan kirayə müqaviləsi muvafakatnamə və ya tapu sənədi təqdim edilməlidir. Ünvanda üzərinizə olan kommunal faktura tələb olunur. Elektrik, qaz və su fakturaları problemsiz qəbul edilir lakin internet əksər yerlərdə qəbul edilmir. Komunalı təmin edən firmalar bəzən oturum tələb edir. Buna görə mütləq qaldığınız şəhərdə hansı firma nə tələb edir onu öyrənməniz çox önəmlidir. Göç İdarəsi zaman zaman ünvan yoxlaması aparır. Ünvanda tapılmadığınız halda ikamet izniniz xəbər verilmədən ləğv edilə və təxminən 10000 TL cərimə tətbiq oluna bilər.

Sual: Muvafakatnamə nədir və necə alınır? 

Cavab: Bir şəxsin bəlli bir iş üçün başqa birinə verdiyi yazılı icazə ərizəsidir. Notarauisda hazırlanır. Oturum işlərində muvafakatnamə əsasən iki halda tələb olunur. Valideyn muvafakatnaməsi və Adress bəyan etmək üçüb.

Valideynlərin verdiyi Muvakatnamə.

18 yaş tamam olmadan Türkiyədə təhsil almaq və rəsmi prosesləri aparmaq üçün valideyn tərəfindən verilən icazə sənədidir. Bu sənəd Azərbaycanda ASAN Xidmət və ya notariuslardan Valideyn İcazə Ərizəsi adı ilə alınır və mütləq apostil edilməlidir. Sənədin tərcüməsi və notarial təsdiqi Türkiyə ərazisində aparılmalıdır. Azərbaycanda edilən tərcümələr qəbul edilmir. Bu sənəd bəzi hallarda sponsorluq ərizəsi kimi də istifadə olunur.

Adress Bəyanı üçün

Ünvan üçün muvafakatnamə isə kirayə müqaviləsi əldə edilə bilmədikdə tətbiq olunur. Ünvanında qeydiyyatda olan şəxs digər şəxsin onun yanında qaldığını təsdiq edir. Bu zaman adli sicil kaydı, sığorta sənədi və vukuatlı nüfus kayıt örneği də tələb olunur. Sözügedən sənədlərin hamısı e-Devlet üzərindən əldə edilə bilər.

Sual: Oturum iznim Türkiyədə bitibsə, əlavə 3 aylıq viza müddətim varmı?

Cavab: Əgər oturum izni son günü Türkiyədəsinizsə o gündən etibarən ikametiniz bitib və o gündən cəza hesablanır. Oturumun son günü Türkiyədə deyilsəniz Türkiyəyə gəldiyinizdə viza müddəti qaydası tətbiq ediləcək. (Bu qayda çox sui istimal edilməsi müşahidə etmişik. Bunu edilməsi hər qaydanı bilməyən polis yoxlamalarında, gələcəkdə sizə vətandaşlıq, iş vizası almaq proseslərində problemlər çıxara bilir.)

Sual: Vaxtı bitməmiş oturumum var. Universitetimi (üniversitet içində bölümümü) dəyişdim. Bunu bunu bildirməliyəmmi? 

Cavab: Bəli 20 gün içində yenidən oturuma başvurmalısınız. Davam edən oturumunuz universitetiniz bölümünüzü dəyişdiyi gündən etibarən keçərsiz sayılır. Bu səhvə görə tələbələrimiz deportasya və ceza aldığı da çox müşahidə edilir. 

Sual: Oturumum bittib ilk ildəki koşullar (universitet, bölüm, pasport, adress və.s) heç biri dəyişməyib. Uzatma başvurusu edə bilmirəm. Nə etməliyəm?

Cavab: e ikametə Yeni Başvurudan davam etməlisiniz. Bu zaman sizə verilən YKN/TC dəyişməz.

Sual: Tələbə oturumum var. Sığorta var. İş vizası necə ala bilərəm?

Cavab. Aldığınız sığorta əgər Göç idarəsi üçün alınıbsa o keçərli deyil. sığortalar aylıq SGK dan edilməlidir ki, bu da asgari ücretin 1/3 qədərdir. Tələbə oturumu olanların Türkiyədə çalışması kəsinliklə qadağandır. Qaçaq çalışanların tutulduğunda anında deportasiya edilir tələbəyə 40000 tl (1000 dollar), iş yerinə də 250000 Tl cəza yazılır. Sadəcə doktora tələbələrinə çalışma imkanı sağlanılır. Bu maddə staj edən tələbələrə tətbiq edilmir. 

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page