top of page

Azər Haqverdiyev

Təsisçi və İdarə Heyətinin Sədri

Azər Haqverdiyev Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin təsisçilərindən biri və İdarə Heyətinin sədridir. Uzun illər Türkiyədə yaşamış və təhsil mühitində olmuş biri kimi, azərbaycanlı tələbələrin qarşılaşdığı sosial, akademik və inzibati məsələləri yaxından müşahidə etmişdir.


Dərnəyin fəaliyyətində əsas məqsədi Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin doğru məlumatlara daha rahat çıxışını təmin etmək, tələbələr arasında əlaqələri gücləndirmək və mövcud ehtiyaclara uyğun könüllü dəstək mexanizmlərinin formalaşmasına töhfə verməkdir.


İdarə Heyətinin sədri olaraq dərnəyin ümumi fəaliyyətinin koordinasiyası, rəsmi qurumlarla əlaqələrin qurulması, universitetlərdə tələbə təmsilçiliklərinin inkişaf etdirilməsi və tələbələrə yönəlmiş sosial, maarifləndirici və karyera əsaslı layihələrin həyata keçirilməsi istiqamətində çalışır.


Dərnək fəaliyyətində şəffaflıq, məsuliyyət, könüllülük və tələbə mərkəzli yanaşmanı əsas prinsiplərdən hesab edir. Əsas hədəfi Türkiyədəki azərbaycanlı tələbə və məzunların daha təşkilatlanmış, faydalı və davamlı bir icma şəklində bir araya gəlməsinə dəstək olmaqdır.

Azər Haqverdiyev

+905357431734

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page