top of page

Notarius, tərcümə, təsdiq və apostil işləri

1 gün

Müqavilə Əsasında

Bu xidmət tələbələrin Türkiyədə universitet qeydiyyatı, oturum izni, MEB denklik, YÖK denklik, vəkalətli rəsmi işlər və digər prosedurlar zamanı ehtiyac duyduğu sənədlərin rəsmiləşdirilməsi üçün nəzərdə tutulur.

Xidmət ödənişli əsaslarla və müvafiq xidmət şərtləri əvvəlcədən razılaşdırıldıqdan sonra həyata keçirilir. Görüləcək işin həcmi, xidmət haqqı, təxmini icra müddəti və tələb olunan sənədlər tələbə və ya valideynə əvvəlcədən bildirilir.

Bu xidmət çərçivəsində aşağıdakı işlər üzrə təşkilati dəstək göstərilə bilər:

  • Sənədlərin tərcümə üçün hazırlanması;

  • Sənədlərin tərcüməsinin təşkili;

  • Tərcümə edilmiş sənədlərin notarial təsdiqi;

  • Apostil tələb olunan sənədlər üzrə aidiyyəti qurumlara yönləndirmə və prosesin izlənilməsi;

  • Universitet, Göç İdaresi, MEB, YÖK və digər qurumlar üçün sənədlərin uyğun formada hazırlanmasına dəstək;

  • Sənədlərin Türkiyə daxilində universitetə, yataqxanaya, dövlət qurumuna və ya tələbənin ünvanına çatdırılması;

  • Kargo izləmə və sənəd təhvil-təslim prosesinin koordinasiyası;

  • Əksik və ya yanlış hazırlanmış sənədlər üzrə tələbə və valideynlərin məlumatlandırılması.

Bu xidmət xüsusilə Türkiyəyə gəlmədən əvvəl sənədlərini hazırlamaq istəyən, sənədini başqa şəhərə göndərməli olan və ya prosedurlar zamanı hansı sənədin hansı formada tələb olunduğunu dəqiqləşdirməkdə çətinlik çəkən tələbələr üçün nəzərdə tutulur.

Dərnək bu xidmət çərçivəsində sənədlərin hazırlanması, tərcümə-təsdiq prosesinin təşkili və çatdırılma mərhələsində koordinasiya dəstəyi göstərir. Notarius, tərcüməçi, kargo şirkəti, dövlət qurumu və digər üçüncü tərəflərin qərarları, gecikmələri, əlavə sənəd tələbləri və qiymət dəyişiklikləri dərnəyin birbaşa məsuliyyətinə daxil deyil.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page