top of page

Qarşılama və yerləşdirmə dəstəyi

İcra müddəti: 24 saat – 5 gün

Müqavilə Əsasında

1. Qarşılama, transfer və yerləşdirmə xidməti

Qalacaq yer məsələsi ən çox problem yaşanan, aldadılan və ciddi nəticələri olan bir məsələdir. Bu xidmət öncədən müvafiq xidmət müqaviləsi imzalandıqdan sonra həyata keçirilir. Xidmətin həcmi, xidmət haqqı, ödəniş qaydası, tərəflərin öhdəlikləri və məsuliyyət çərçivəsi əvvəlcədən müqavilədə göstərilir.

Bu xidmət tələbələrin və valideynlərin Türkiyəyə ilk gəliş mərhələsində vaxt itkisi, yanlış yönləndirmə, əlavə xərc və qalacaq yer problemi yaşamaması üçün nəzərdə tutulur. Xidmət iki istiqamətdə təqdim edilir:

1.1. Ankara/Eskişehir şəhərində qarşılama və yerləşdirmə xidməti*

Ankarada təhsil alacaq tələbələr və onların valideynləri hava limanında qarşılanır, əvvəlcədən müəyyən edilmiş büdcəyə uyğun otelə yerləşdirilir və ilkin istiqamətləndirmə aparılır.

A) Yataqxanaya yerləşdirilməsi. Növbəti mərhələdə tələbənin universiteti, büdcəsi, təhlükəsizlik ehtiyacı və yerləşmə tələbləri nəzərə alınaraq uyğun yataqxana variantları araşdırılır. Tələbə və valideynlərlə birlikdə təxminən 10 fərqli yataqxana seçimi dəyərləndirilir, onları yataqxanalara aparılır və ən uyğun yerləşmə variantının seçilməsi üçün praktiki dəstək göstərilir.

Ankara üzrə məqsədimiz tələbənin uzun müddət oteldə qalmasına ehtiyac yaratmadan, mümkün qədər qısa müddətdə münasib və təhlükəsiz yataqxanaya yerləşdirilməsini təmin etməkdir. Adətən 24 saat ərzində yataqxanaya yerləşdirilir. Bu model tələbə və valideynlərin bir həftəlik otel xərci ilə qarşılaşmasının qarşısını almağa, ilk mərhələni daha planlı və xərclərə nəzarət edilən formada keçirməyə imkan yaradır.

Yerləşmə prosesindən sonra, müqavilədə nəzərdə tutulduğu halda, yataqxana ilə bağlı ödənişlərin izlənilməsi, əlavə və əsassız ödəniş tələblərinin qarşısının alınması, müqavilə şərtlərinin izah edilməsi, yataqxanadan ayrılarkən depozit məbləğinin geri alınması və oxşar məsələlər üzrə tələbəyə koordinasiya dəstəyi göstərilə bilər.

Bu xidmət çərçivəsində dərnək tələbənin yerləşmə prosesini təşkil edir, variantları araşdırır, əlaqələndirmə aparır və prosesin düzgün şəkildə tamamlanmasına dəstək verir. Yataqxana, otel və digər üçüncü tərəflərin daxili qaydaları, qiymət dəyişiklikləri, yer mövcudluğu və qəbul qərarları dərnəyin birbaşa məsuliyyətində deyil. B. Kiralıq ev tapılması və ev yoldaşı uyğunlaşdırma xidməti

Bu xidmət ödənişli əsaslarla və yalnız müvafiq xidmət müqaviləsi imzalandıqdan sonra həyata keçirilir. Xidmətin həcmi, xidmət haqqı, ödəniş qaydası, tərəflərin öhdəlikləri və dərnəyin məsuliyyət çərçivəsi müqavilədə əvvəlcədən müəyyən edilir.

Kiralıq evdə qalmaq istəyən tələbələr üçün dərnək tərəfindən ayrıca tələbə hovuzu yaradılır. Bu hovuzda evə çıxmaq istəyən tələbələrin şəhər, universitet, büdcə, ev yoldaşı sayı, yaşam tərzi, siqaret istifadəsi, təmizlik vərdişləri, qonaq qəbul etmə yanaşması, dərs və iş rejimi kimi əsas məlumatları toplanır.

Məqsəd təsadüfi şəkildə tələbələri bir evə yönləndirmək deyil, xasiyyətləri, büdcələri və yaşayış gözləntiləri uyğun olan tələbələrin bir araya gətirilməsidir. Uyğun tələbələr arasında ilkin tanışlıq və razılaşma mərhələsi təşkil olunur. Tərəflərin razılığı olduqdan sonra büdcəyə, universitetə yaxınlığa, nəqliyyat imkanlarına və təhlükəsizlik şərtlərinə uyğun kiralıq ev variantları araşdırılır.

Bu xidmət çərçivəsində dərnək aşağıdakı məsələlərdə təşkilati və koordinasiya dəstəyi göstərə bilər:

  • Uyğun ev yoldaşlarının müəyyən edilməsi və tələbələr arasında ilkin əlaqələndirmənin aparılması;

  • Büdcəyə və universitetə uyğun kiralıq ev variantlarının araşdırılması;

  • Ev sahibi və ya əmlakçı ilə ilkin görüşlərin təşkili;

  • Evin yerləşməsi, nəqliyyat imkanı, bina vəziyyəti və ümumi yaşayış şərtlərinin dəyərləndirilməsi;

  • Kirayə müqaviləsinin əsas şərtlərinin tələbəyə izah edilməsi;

  • Əmlakçı xidmət haqqı, depozit, ilk kirayə və digər ödənişlərin əvvəlcədən aydınlaşdırılması;

  • Depozit məbləğinin yazılı şəkildə qeyd olunması və sonradan geri alınması prosesində dəstək;

  • Evə giriş zamanı evin mövcud vəziyyətinin foto/video ilə qeydiyyata alınması;

  • Evdəki əşyalar, zədələr və çatışmazlıqlar üzrə təhvil-təslim siyahısının hazırlanmasına kömək;

  • Kirayə, aidat və kommunal ödənişlərin bank vasitəsilə və izah qeydi ilə ödənilməsi üçün yönləndirmə;

  • Ev yoldaşları arasında xərc bölgüsünün əvvəlcədən müəyyən edilməsi;

  • Ev sahibi ilə tələbə arasında yarana biləcək anlaşılmazlıqlarda ilkin vasitəçilik və koordinasiya dəstəyi;

  • Hüquqi mübahisə yaranarsa, tələbənin müvafiq hüquqi məsləhət və ya vəkil dəstəyinə yönləndirilməsi.

Dərnək tələbə ilə ev sahibi arasında zamin, kirayəçi və ya hüquqi tərəf kimi çıxış etmir. Kirayə müqaviləsi tələbə və ev sahibi arasında bağlanır. Dərnək bu prosesdə təşkilati, koordinasiya və yönləndirmə xidməti göstərir.

Tələbənin istəyi əsasında kirayə, aidat və digər müntəzəm ödənişlərin bank vasitəsilə həyata keçirilməsi üçün dəstək göstərilə bilər. Bu halda ödənişlərin qəbzli, izlənə bilən və şəffaf formada aparılması əsas prinsip kimi qəbul edilir.

Bu xidmətin məqsədi tələbələrin təhlükəsiz, büdcələrinə uyğun və daha az riskli şəkildə kiralıq evə yerləşməsinə kömək etmək, sonradan yarana biləcək ev sahibi, əmlakçı və ev yoldaşı problemlərinin minimuma endirilməsidir.


1.2. Ankaradan digər şəhərlərə gedəcək tələbələr üçün transfer və yola salma xidməti

Ankara hava limanına enən, lakin təhsil alacağı şəhər Ankara olmayan tələbələr üçün ayrıca transfer və yola salma xidməti təqdim olunur.

Bu xidmət çərçivəsində tələbə və ya valideynlər hava limanında qarşılanır, şəhərlərarası avtovağzal olan AŞTİ-yə aparılır və təhsil alacaqları şəhərə gedəcək avtobusa yönləndirilirlər. Avtobus bileti, səfər saatı, baqaj və perron istiqamətləndirməsi ilə bağlı praktiki dəstək göstərilir.

Bu xidmət xüsusilə Türkiyəyə ilk dəfə gələn, şəhər nəqliyyatını tanımayan, türk dilində ünsiyyətdə çətinlik çəkən və tək səyahət etməkdə narahatlıq yaşayan tələbələr üçün nəzərdə tutulur. *Qalacaq yer xidmətimiz İstanbul üçün də mövcuddur ancaq onun üçün öncədən müzakirə edilməlidir.


Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page