Bu xidmət tələbələrin Türkiyədəki universitet, dövlət qurumu və digər rəsmi/prosedur xarakterli müraciətlərinin vəkalət əsasında həyata keçirilməsi üçün nəzərdə tutulur.
Xidmət ödənişli əsaslarla və yalnız müvafiq xidmət müqaviləsi imzalandıqdan sonra təqdim edilir. Tələbə və ya valideyn tərəfindən veriləcək rəsmi vəkalətnamə əsasında dərnək nümayəndələri tələbənin adından müəyyən prosedurların aparılmasına dəstək göstərə bilər.
Bu xidmət çərçivəsində aşağıdakı işlər görülə bilər:
Universitetə qeydiyyat prosedurlarının aparılması;
Universitet qeydiyyatının silinməsi və ya dondurulması ilə bağlı müraciətlərin edilməsi;
Universitetin tələbə işləri, beynəlxalq ofis və digər aidiyyəti bölmələri ilə əlaqə saxlanılması;
Rəsmi ərizə və müraciətlərin hazırlanması;
Tələbənin adından sənədlərin təqdim edilməsi və təhvil alınması;
Əksik sənədlər barədə tələbə və valideynlərin məlumatlandırılması;
Qeydiyyat, başvuru və sənəd təhvil-təslim proseslərinin izlənilməsi;
MEB, YÖK, Göç İdaresi və digər aidiyyəti qurumlara müraciətlərin hazırlanması və yönləndirilməsi;
Universitet və dövlət qurumlarından tələb olunan əlavə sənədlərin alınması üçün koordinasiya dəstəyi.
Bu xidmət xüsusilə Türkiyədə olmayan, qeydiyyat və ya sənəd işləri üçün şəxsən universitetə və ya aidiyyəti quruma gedə bilməyən tələbələr üçün nəzərdə tutulur.
Xidmətin icrası üçün tələbə tərəfindən bütün zəruri sənədlər vaxtında və tam şəkild ə təqdim edilməlidir. Vəkalətnamənin məzmunu görüləcək işlərə uyğun olmalı və aidiyyəti qurumlar tərəfindən qəbul edilə biləcək formada hazırlanmalıdır.
Dərnək bu xidmət çərçivəsində tələbənin adından yalnız vəkalətnamədə göstərilən səlahiyyətlər daxilində hərəkət edir. Universitetlərin, dövlət qurumlarının və digər üçüncü tərəflərin qərarları, əlavə sənəd tələbləri, gecikmələri və ya müraciəti qəbul etməməsi dərnəyin birbaşa məsuliyyətinə daxil deyil.
Xidmət haqqı və əlavə xərclər
Bu xidmət ödənişlidir. Xidmət haqqı görüləcək işin həcminə, şəhərə, quruma, sənəd sayına və prosesin mürəkkəbliyinə görə əvvəlcədən müəyyən edilir.
Notarius, tərcümə, apostil, kargo, rəsmi rüsum, nəqliyyat və digər üçüncü tərəf xərcləri xidmət haqqına daxil deyil və tələbə və ya valideyn tərəfindən ayrıca ödənilir.
Bütün proses yalnız müqavilə, rəsmi vəkalətnamə və əvvəlcədən razılaşdırılmış xidmət şərtləri əsasında həyata keçirilir.

