Ətraflı
Azərbaycanda sənədlərini apostil etməyi unudulanlar konsulluqda təsdiq edə bilərlər. Tələbələr üçün Doğum Haqqında Şəhadətnaməni, Valideyinlərin icazə Ərizəsini təsdiq edə bilərsiniz. Bunun üçün şəhadətnamənin əsli və icazə ərizəsinin orginalı olmalıdır. İlk öncə (Ankarada Sancar Tərcümədə) gərəkli sənədlər tərcümə edilir, səfirliyin hesabına sənəd başına 20 dollar ödənməlidir və dekontla bərabər konsulluq şöbəsinə təhvil verilir. Sənədlər konsulluq şöbəsində təsdiqdən sonra Balgatda yerləşən Dış İşləri Bakanlığında Tasdik şöbəsində təsdiq edilməlidir. Bakanlıq sənəd başına 895,80.-TL nəğd pul alır. Tasdik şöbəsində daha öncədən randevu alıb gedərsəniz sıra gözləməzsiniz amma randevusuz getsəniz də randevu alanlar bitdikdən sonra sırayla alırlar. Tasdik üçün randevu almaq üçün linki klikləyin.

