
Azər Haqverdiyev
8 yan 2024
Mobil Telefonlarınızın necə İMEİ qeydiyyatını aparıldığını və alternatif yolları anlatacağız.
Bu yazıda tələbələrin ən çox əziyyət çəkdiyi bir mövzuda xaricdən gətirilən mobil telefonların qeydiyyatının necə aparıldığını ətraflı yazacağıq. Xaricdən gətirilən hər mobil telefon Türkiyə gsm opetarotlarından hər hansı birini sim kartını taxdığınızda artıq Bilişim Teknolojileri ve İletişim Kurumunun sistemlərinə düşər və prosess başlayar. Bir neçə gün içində sizə sms-lə bu haqda məlumat göndərilir. 2024 tarixi etibarən bu telefonların istifadə müddəti 4 aydır. Bu bəzən 4 ayı da keçə bilir.
Bunun 3 cür həll yolu var. Birincisi qeydiyyat etdirmək. Bu xidmətin qiyməti 10 Yanvar 2024 tarixi etibarən 31 692 Tl* dir. Bunun üçün sizin ikamet yəni oturumunuz olmalıdır. Qeydiyyatı özünüz online və ya gsm operatorlarının xüsusi xidmət məntəqlərində edə bilərsiniz. Online qeydiyyat üçün sıralama belədir.
Hər hansı vergi dairələrinə gedib imei kodunuz üçün ödəmə edirsiniz. Və ya https://dijital.gib.gov.tr/ adresinə girib Cep Telefonu Harcı Ödeme daxil olursunuz. Sonra xanaları düzgün doldurursunuz. Önəmli qeyd Tc nömrəniz bilgilərlə uyuşmadı xətası alırsınızsa İ və I hərflərinə diqqət edin. 2 imei nömrəli telefonlarda binci çıxan imei yazmanız kifayətdir. Hansı Şəhərdəsinizsə oranı qeyd edin. Vergi dairəsini seçmənizin helə bir önəmi yoxdur sadəcə işlər alınmasa pulun geri alınması üçün özünüzə yaxın vergi dairəsi seçməniz faydalıdır ki, ərizə yazmaq gedib gəlmək rahat olsun. Daha sonra ödəmə ekranında yurtiçi kartlar bölümündə sadəcə ZİRAAT, VAKİF və HALKBANK dövlət kartları istifadə edilə bilinir.




