
Azmoder
07 İyun 2024
AZMODER nümayəndələri 07.06.2024 tarixində Yükseköğretim Kurulu — YÖK-də Uluslararası İlişkiler Dairesi Başkanı Mustafa Efe ilə görüşərək Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı məsələlər və ali təhsil sahəsində mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
07 iyun 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin müraciəti əsasında Yükseköğretim Kurulu — YÖK-də Uluslararası İlişkiler Dairesi Başkanı Mustafa Efe ilə görüş keçirilib.
Görüş zamanı Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin ali təhsil prosesində qarşılaşdığı məsələlər, universitetlərə qəbul, tələbələrin məlumatlandırılması, sənədləşmə prosesləri və beynəlxalq tələbələrlə bağlı mövcud prosedurlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirə çərçivəsində Türkiyədə ali təhsil alan tələbələrin ehtiyaclarının daha sistemli şəkildə müəyyən edilməsi, tələbələrin doğru məlumatla təmin olunması və müvafiq qurumlarla əlaqələrin gücləndirilməsi istiqamətində görülə biləcək işlər dəyərləndirilib.
AZMODER olaraq Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdığı məsələlərin aidiyyəti qurumlara çatdırılmasını və bu istiqamətdə sağlam əməkdaşlıq mexanizmlərinin qurulmasını əsas fəaliyyət istiqamətlərimizdən biri hesab edirik.
Görüşün açıq, faydalı və konstruktiv mühitdə keçməsi bizim üçün sevindirici olmuşdur. Türkiyədə təhsil sahəsində tələbələrimizin xeyrinə müsbət dəyişikliklərin və daha effektiv həll yollarının formalaşacağına inanırıq.
Səmimi qəbula, göstərilən diqqətə və faydalı fikir mübadiləsinə görə YÖK Uluslararası İlişkiler Dairesi Başkanı Mustafa Efeyə təşəkkürümüzü bildiririk.
