
Azmoder
31 Iyul 2026
Azərbaycan Hava Yolları” QSC (AZAL) 30 iyul 2026-cı il tarixindən etibarən Bakı–Qars–Bakı marşrutu üzrə birbaşa müntəzəm uçuşlara başlayıb.
Yeni marşrut üzrə reyslər həftədə iki dəfə — cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bakıdan Qarsa uçuş müddəti təxminən 1 saat 20 dəqiqə təşkil edir.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 30 iyul 2026-cı il tarixindən etibarən Bakı–Qars–Bakı marşrutu üzrə birbaşa müntəzəm uçuşlara başlayıb.
Yeni marşrut üzrə reyslər həftədə iki dəfə — cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bakıdan Qarsa uçuş müddəti təxminən 1 saat 20 dəqiqə təşkil edir.
Hazırda Bakı–Qars istiqamətində bir tərəfə “Budget” tarifli aviabiletin qiyməti 202,67 AZN-dən başlayır. Bu tarifə 10 kq əl yükü və ekonom sinif üzrə yemək daxildir, lakin qeydiyyata verilən baqaj nəzərdə tutulmur.
23 kq baqaj daxil olan “Classic” tarifinin qiyməti isə 261,07 AZN-dən başlayır. Bilet qiymətləri uçuş tarixinə və mövcud yerlərə görə dəyişə bilər.
Yeni birbaşa reys xüsusilə Qarsda və Türkiyənin şərq bölgəsində təhsil alan azərbaycanlı tələbələrin gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, bu marşrut Azərbaycan ilə Türkiyə arasında turizm, təhsil, ticarət və digər əlaqələrin inkişafına əlavə töhfə verəcək.
Biletləri AZAL-ın rəsmi internet səhifəsindən əldə etmək mümkündür. Marşrutun açılması barədə məlumat AZAL-ın rəsmi xəbərlər bölməsində də yayımlanıb.
