
Azmoder
18 Mart 2025
AZMODER sədri Azər Haqverdiyev 18.03.2025 tarixində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Şahin Camalov ilə görüşərək Türkiyədə yaşayan və təhsil alan azərbaycanlı gənclərlə bağlı əməkdaşlıq imkanlarını müzakirə edib.
18 mart 2025-ci il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin sədri Azər Haqverdiyev Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Şahin Camalov ilə görüş keçirib.
Görüş zamanı Türkiyədə yaşayan və təhsil alan azərbaycanlı gənclərin daha aktiv şəkildə bir araya gəlməsi, onların maraq dairələrinə uyğun layihələrin təşkili və bu istiqamətdə görülə biləcək koordinasiya işləri barədə fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində universitetlərdə tələbə təşkilatlarının qurulması, mütəmadi tədbirlərin keçirilməsi, tələbə təşəbbüslərinə dəstək göstərilməsi və Türkiyədəki azərbaycanlı gənclərin ictimai-mədəni fəaliyyətlərə daha geniş şəkildə cəlb olunması kimi məsələlər gündəmə gətirilib.
Eyni zamanda gələcək əməkdaşlığın daha səmərəli olması üçün ümumi çərçivədən əlavə, konkret tədbir və layihə təklifləri üzərindən irəliləməyin daha faydalı olacağı vurğulanıb. Bu istiqamətdə növbəti mərhələdə spesifik fəaliyyətlərin müəyyənləşdirilməsi və mümkün ortaq addımların müzakirə edilməsi nəzərdə tutulub.
AZMODER olaraq Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin yalnız akademik deyil, həm də sosial, mədəni və diaspor fəaliyy əti baxımından daha güclü şəkildə təşkilatlanmasını vacib hesab edirik. Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsi ilə qurulan əlaqələr tələbələrimizin inkişafı və birlik ruhunun gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Səmimi qəbula, dəyərli fikir mübadiləsinə və gənclərimizə göstərilən diqqətə görə Şahin Camalova təşəkkürümüzü bildiririk.
AZMODER olaraq bu əməkdaşlığın Türkiyədəki azərbaycanlı gənclərin daha fəal, təşkilatlanmış və güclü bir icma kimi formalaşmasına töhfə verəcəyinə inanırıq.
