top of page

AZMODER sədri Təhsilin İnkişafı Forumu 2024-də iştirak etdi

Azmoder

08 Oktyabr 2024

AZMODER sədri Azər Haqverdiyev 08.10.2024 tarixində Təhsilin İnkişafı Forumu 2024-də iştirak edərək dövlət, universitet və sənaye nümayəndələrinin bir araya gəldiyi mühüm platformada dərnəyimizin fəaliyyəti və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı görülən işlər haqqında fikir mübadiləsi aparıb.

08 oktyabr 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin sədri Azər Haqverdiyev Təhsilin İnkişafı Forumu 2024-də iştirak edib.


Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən forum Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunub. “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə təşkil olunan forumun əsas məqsədi dövlət–universitet–sənaye tərəfdaşlığının dayanıqlı inkişafına dəstək vermək, müxtəlif tərəflər arasında dialoq platforması yaratmaq və təhsilin iqtisadiyyatla daha sıx inteqrasiyasına töhfə vermək olub.

Forumda elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, özəl sektor nümayəndələri və müxtəlif qurumların təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində universitet–sənaye əməkdaşlığı, tədqiqat və innovasiya fəaliyyətləri, gənclərin iş həyatına inteqrasiyası, insan kapitalının inkişafı və təhsil sisteminin gələcək ehtiyaclara uyğunlaşdırılması kimi mühüm mövzular müzakirə olunub.


Forumun panellərində “Biliyi dəyərə çevirən sinerji”, “Tədqiqatdan inkişafa gedən yol” və “Gələcəyi gənclərə necə hazırlamalı?” kimi mövzular ətrafında çıxışlar və müzakirələr aparılıb. Bu müzakirələrdə dövlət qurumları, universitetlər və özəl sektor nümayəndələri təhsilin inkişafında əməkdaşlığın, tədqiqatların sənaye ilə inteqrasiyasının və gənclərin əmək bazarına hazırlanmasının vacibliyini vurğulayıblar.


Tədbir çərçivəsində Azərbaycanın öndə gələn şirkətləri, təhsil qurumları və müxtəlif təşkilatların nümayəndələri ilə görüşlər keçirilmiş, AZMODER-in fəaliyyəti, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün gördüyü işlər və gələcək əməkdaşlıq imkanları haqqında məlumat verilmişdir.


AZMODER sədri Azər Haqverdiyev forumda iştirakın dərnək üçün dəyərli olduğunu qeyd edərək, xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəmizin təhsil, karyera və insan kapitalı strategiyasının mühüm bir hissəsi kimi dəyərləndirilməsinin vacibliyini vurğulayıb.


AZMODER olaraq hesab edirik ki, Azərbaycanın gələcəyi üçün təhsil sahəsində fəaliyyət göstərən tərəflərin bu cür platformalarda bir araya gəlməsi olduqca əhəmiyyətlidir. Forum tələbələrin inkişafı, karyera imkanları, universitet–özəl sektor əməkdaşlığı və xaricdə təhsil alan azərbaycanlı gənclərlə əlaqələrin gücləndirilməsi baxımından mühüm imkanlar yaradır.


Dəvətə, təşkilatçılığa və belə önəmli bir platformanın yaradılmasına görə Təhsilin İnkişafı Fonduna, Elm və Təhsil Nazirliyinə və forumun təşkilində əməyi keçən bütün qurumlara təşəkkürümüzü bildiririk.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page