
Azmoder
29 Noyabr 2024
AZMODER sədri Azər Haqverdiyev Ankara Milli Kitabxanasında keçirilən “Şirvanşahların Minilliyi” kitabının təqdimat mərasimində iştirak edərək Azərbaycan tarixinin və mədəni irsinin Türkiyədə tanıdılmasına yönəlmiş bu önəmli tədbirdə dərnəyimizi təmsil edib.
Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin sədri Azər Haqverdiyev Ankara Milli Kitabxanasında keçirilən “Şirvanşahların Minilliyi” kitabının təqdimat mərasimində iştirak edib.
Az ərbaycan tarixində mühüm yer tutan Şirvanşahlar dövləti xalqımızın dövlətçilik ənənələrinin, mədəniyyətinin və tarixi irsinin önəmli səhifələrindən biridir. Bu baxımdan “Şirvanşahların Minilliyi” kitabının Türkiyədə təqdim olunması Azərbaycan tarixinin və mədəni irsinin daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətli hadisədir.
Təqdimat mərasimi Azərbaycan tarixinin Türkiyə ictimaiyyətinə tanıdılması, iki qardaş ölkə arasında mədəni-akademik əlaqələrin gücləndirilməsi və milli irsimizin beynəlxalq səviyyədə təbliği baxımından dəyərli platforma olmuşdur.
AZMODER olaraq Azərbaycan tarixinin, mədəniyyətinin və milli irsinin Türkiyədə tanıdılmasını fəaliyyətimizin önəmli istiqamətlərindən biri hesab edirik. Dərnək sədri Azər Haqverdiyevin tədbirdə iştirakı da bu istiqamətdə görülən işlərə verilən dəstəyin bir hissəsidir.
Tədbirin təşkilində göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Türkiyədəki səfiri cənab Rəşad Məmmədova, “İrs” nəşriyyatının rəhbəri Musa Mərcanlıya, eləcə də “PAŞA Həyat Sığorta” ASC-yə təşəkkürümüzü bildiririk.
AZMODER olaraq Azərbaycan tarixinin, mədəniyyətinin və milli irsinin Türkiyədə tanıdılmasına xidmət edən akademik və mədəni layihələrdə iştirak etməyə və bu istiqamətdə fəaliyyətlərə dəstək göstərməyə davam edəcəyik.
