top of page

AZMODER nümayəndəsi İstanbul Başkonsulluğunda keçirilən tələbə görüşündə iştirak etdi

Azmoder

01.01.2026

AZMODER-in İstanbul Texniki Universiteti üzrə nümayəndəsi Azərbaycan Respublikasının İstanbul Başkonsulluğunda tələbələrlə keçirilən görüşdə iştirak edərək tələbələrlə bağlı mövzular və mövcud proseslər ətrafında fikir mübadiləsi aparıb.

Dekabr ayında Azərbaycan Respublikasının İstanbul Başkonsulluğunda tələbələrlə görüş keçirilib.


Görüşdə Konsul Nərminə Mustafayeva ilə birlikdə Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin İstanbul Texniki Universiteti üzrə nümayəndəsi də iştirak edərək Türkiyədə, xüsusilə İstanbulda təhsil alan azərbaycanlı tələbələrlə bağlı mövzular ətrafında fikir mübadiləsi aparıb.


Səmimi mühitdə keçən görüş zamanı tələbələrin qarşılaşdığı məsələlər, mövcud proseslər, məlumatlandırma ehtiyacları və tələbələrlə daha sıx əlaqələrin qurulması istiqamətində görülə biləcək işlər müzakirə edilib.


AZMODER olaraq İstanbulda təhsil alan tələbələrlə əlaqələrin gücləndirilməsini və onların aidiyyəti diplomatik nümayəndəliklərlə sağlam ünsiyyət imkanlarının artırılmasını önəmli hesab edirik. Bu baxımdan İstanbul Başkonsulluğunda keçirilən bu görüş tələbələrimizin səsi və ehtiyaclarının daha yaxından dinlənilməsi üçün dəyərli bir addım olmuşdur.


Göstərilən diqqətə, səmimi münasibətə və tələbələrlə bağlı məsələlərə verdiyi önəmə görə Konsul Nərminə Mustafayevaya və Azərbaycan Respublikasının İstanbul Başkonsulluğuna təşəkkürümüzü bildiririk.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page