top of page

AZMODER nümayəndələri Azərbaycan Türkcəsi Təhsil Ocağını ziyarət etdilər

Azmoder

11 Oktyabr 2025

Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi 11.10.2025 tarixində ODTÜ, TED və OSTİM Teknik Universitetlərindəki nümayəndələri ilə birlikdə Gazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Təhsil Ocağını ziyarət edərək mədəniyyət, tələbə fəaliyyəti və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.

11 oktyabr 2025-ci il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi — AZMODER nümayəndələri ODTÜ, TED və OSTİM Teknik Universitetlərindəki tələbə nümayəndələri ilə birlikdə Gazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Təhsil Ocağını ziyarət ediblər.


Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında yaradılan Azərbaycan Türkcəsi Təhsil Ocağı Azərbaycan dili, mədəniyyəti və milli dəyərlərinin Türkiyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.


Ziyarət zamanı Azərbaycan mədəniyyətinin Türkiyədə daha geniş tanıdılması, tələbələrin bu prosesdə daha fəal iştirakı, universitetlərdə mədəni və maarifləndirici fəaliyyətlərin artırılması, həmçinin gələcəkdə həyata keçirilə biləcək ortaq layihələr barədə fikir mübadiləsi aparılıb.


Görüş çərçivəsində AZMODER-in 2025–2026-cı tədris ili üzrə planlaşdırdığı fəaliyyətlər, universitet nümayəndələri ilə koordinasiya, tələbə təşəbbüslərinin gücləndirilməsi və Azərbaycan mədəniyyətinin tələbələr vasitəsilə daha geniş auditoriyaya çatdırılması istiqamətində görülə biləcək işlər müzakirə olunub.


AZMODER olaraq inanırıq ki, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr yalnız akademik sahədə deyil, həm də Azərbaycan dilinin, mədəniyyətinin və milli kimliyinin yaşadılması və tanıdılması istiqamətində mühüm rol oynaya bilərlər. Bu baxımdan Azərbaycan Türkcəsi Təhsil Ocağı ilə qurulan əlaqələr gələcək fəaliyyətlərimiz üçün dəyərli bir əməkdaşlıq imkanı yaradır.


Yeni təyinatı münasibətilə Şəhla xanımı təbrik edir, səmimi qonaqpərvərliyi, göstərdiyi diqqət və əməkdaşlığa açıq yanaşmasına görə təşəkkürümüzü bildiririk.

Bu dəyərli mərkəzdə Azərbaycanın ruhunu, dilini və mədəniyyətini yaşadan hər kəsə minnətdarıq.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page