
Azmoder
17 İyul 2024
AZMODER sədri Azər Haqverdiyev 17.07.2024 tarixində Ankara Yıldırım Beyazıt Universitetinin rektor yardımcısı Prof. Dr. Abdullah Yıldız ilə görüşərək azərbaycanlı tələbələrin təhsil mühiti, bürokratik proseslər və mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb.
17 iyul 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin sədri Azər Haqverdiyev Ankara Yıldırım Beyazıt Universitetini ziyarət edib.
Ziyarət çərçivəsində Ankara Yıldırım Beyazıt Universitetinin rektor yardımcısı Prof. Dr. Abdullah Yıldız ilə görüş keçirilib. Görüş zamanı dərnəyimizin fəaliyyəti haqqında məlumat verilib, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin universitet həyatında qarşılaşdığı məsələlər və bu istiqamətdə görülə biləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Müzakirə zamanı tələbələrin daha rahat təhsil mühitinə sahib olması, bürokratik proseslərin asanlaşdırılması, tələbələrin doğru məlumatlandırılması və universitetlə tələbələr arasında əlaqələrin gücləndirilməsi kimi mövzular ön plana çıxarılıb.
Eyni zamanda AZMODER-in gözləntiləri, tələbələrdən gələn təkliflər və gələcəkdə həyata keçirilə biləcək mümkün əməkdaşlıq istiqamətləri haqqında da danışılıb.
Prof. Dr. Abdullah Yıldızın səmimi qəbulu, tələbələrlə bağlı məsələlərə göstərdiyi diqqət və əməkdaşlığa açıq yanaşması tərəfimizdən məmnunluqla qarşılanıb.
AZMODER olaraq göstərilən diqqətə, faydalı fikir mübadiləsinə və səmimi münasibətə görə Ankara Yıldırım Beyazıt Universiteti rəhbərliyinə və Prof. Dr. Abdullah Yıldız’a təşəkkürümüzü bildiririk.
