top of page

Ankara Medipol Universiteti ilə görüş keçirildi

Azmoder

10 May 2024

AZMODER nümayəndələri Ankara Medipol Universitetində görüş keçirərək azərbaycanlı tələbələrə yönəlik mümkün əməkdaşlıq istiqamətləri və gələcək fəaliyyətlər barədə fikir mübadiləsi aparıblar.

Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin nümayəndələri Ankara Medipol Universitetini ziyarət ediblər.


Görüş zamanı dərnəyimizin fəaliyyəti, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün gördüyümüz işlər və tələbələrə dəstək məqsədilə həyata keçirilə biləcək layihələr haqqında məlumat verilib.


Müzakirə çərçivəsində Ankara Medipol Universitetində təhsil alan azərbaycanlı tələbələrlə əlaqələrin gücləndirilməsi, tələbələrin akademik və sosial həyata daha rahat adaptasiyası, məlumatlandırma fəaliyyətləri və gələcəkdə həyata keçirilə biləcək ortaq çalışmalar barədə fikir mübadiləsi aparılıb.


AZMODER olaraq Türkiyədəki universitetlərlə əlaqələrin qurulmasını və tələbələrin ehtiyaclarına daha yaxından cavab verə biləcək əməkdaşlıqların inkişaf etdirilməsini önəmli hesab edirik.


Göstərdikləri diqqətə, səmimi münasibətə və marağa görə Ankara Medipol Universiteti rəhbərliyinə və görüşdə iştirak edən nümayəndələrə təşəkkürümüzü bildiririk.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page