top of page

Ankara Böyükşəhər Bələdiyyəsinə layihə təklifləri təqdim edildi

Azmoder

06 May 2024

AZMODER tərəfindən 06.05.2024 tarixində Ankara Böyükşəhər Bələdiyyəsini ziyarət edərək azərbaycanlı tələbələr üçün həyata keçirilə biləcək ortaq layihələr və əməkdaşlıq imkanları ilə bağlı təkliflərini təqdim edildi.

06 may 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin nümayəndələri Ankara Böyükşəhər Bələdiyyəsini ziyarət ediblər.


Ziyarət çərçivəsində Türkiyədə, xüsusilə Ankara şəhərində təhsil alan azərbaycanlı tələbələr üçün faydalı ola biləcək sosial, mədəni və maarifləndirici layihələrə dair təkliflər təqdim edilmişdir.


Müraciətimizdə tələbələrin şəhər həyatına adaptasiyası, sosial fəaliyyətlərə cəlb olunması, mədəni tədbirlərin təşkili, tələbələr arasında əlaqələrin gücləndirilməsi və Azərbaycan-Türkiyə dostluğuna töhfə verə biləcək ortaq fəaliyyət imkanları ön plana çıxarılmışdır.


AZMODER olaraq məqsədimiz yalnız universitet daxilində deyil, tələbələrin yaşadıqları şəhər mühitində də daha aktiv, məlumatlı və təşkilatlanmış şəkildə iştirak etməsinə dəstək olmaqdır. Bu baxımdan yerli idarəetmə qurumları ilə əlaqələrin qurulmasını və tələbələrə yönəlik layihələrin inkişaf etdirilməsini vacib hesab edirik.


Ankara Böyükşəhər Bələdiyyəsinə təqdim etdiyimiz layihə təkliflərinin gələcəkdə azərbaycanlı tələbələr üçün faydalı əməkdaşlıqlara çevriləcəyinə inanırıq.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page