top of page

ADA Universitetində görüş keçirildi

Azmoder

8 Yanvar 2025

AZMODER sədri Azər Haqverdiyev ADA Universitetində Mezunlarla İş üzrə rəhbər Zöhrə Əsədova və Qlobal Əlaqələr və Partnyorluqlar üzrə menecer Milana Mir Feyzullazadə ilə görüş keçirərək Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı məsələlər və mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb.

Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin sədri Azər Haqverdiyev ADA Universitetində Mezunlarla İş üzrə rəhbər Zöhrə Əsədova və Qlobal Əlaqələr və Partnyorluqlar üzrə menecer Milana Mir Feyzullazadə ilə görüş keçirib.


Görüş zamanı Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdığı əsas məsələlər, bu problemlərin daha asan və sistemli şəkildə həll olunması üçün görülə biləcək fəaliyyətlər, həmçinin tələbələrə göstərilə biləcək dəstək mexanizmləri barədə fikir mübadiləsi aparılıb.


Müzakirə çərçivəsində mübadilə proqramlarında iştirak edən tələbələrə dəstək, onların təhsil və adaptasiya proseslərində qarşılaşa biləcəyi ehtiyaclar, eləcə də bu istiqamətdə atıla biləcək addımlar ətraflı şəkildə dəyərləndirilib.

Bununla yanaşı, ADA Universitetinin bir Azərbaycan brendi olaraq Türkiyədə daha geniş tanıdılması və bu istiqamətdə AZMODER-in necə dəstək göstərə biləcəyi məsələsi də görüşün əsas mövzularından biri olub.


Tərəflər gələcəkdə mümkün əməkdaşlıq sahələri üzrə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər. ADA Universitetinin yüksək səviyyəli təhsil mühiti, beynəlxalq baxışı və əməkdaşlığa açıq yanaşması AZMODER tərəfindən məmnunluqla qarşılanıb.


AZMODER olaraq inanırıq ki, bu cür görüşlər həm Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün yeni imkanların formalaşmasına, həm də Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq tanıtımına mühüm töhfə verəcəkdir.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page