top of page

28 May Respublika Günü münasibətilə online bilik yarışması keçirildi

Azmoder

28 May 2026

Ankaradakı azərbaycanlı tələbə təşkilatları birgə təşəbbüsü ilə 28 May Respublika Günü münasibətilə Türkiyədə təhsil alan tələbələr üçün Azərbaycan Demokratik Respublikasına həsr olunmuş online bilik yarışması təşkil edildi.

28 may 2026-cı il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi — AZMODER və Ankaradakı azərbaycanlı tələbə təşkilatlarının birgə təşkilatçılığı ilə Türkiyədə təhsil alan tələbələr üçün xüsusi online bilik yarışması keçirilib.


28 May Respublika Gününə həsr olunan yarışmanın əsas mövzusu Azərbaycan Demokratik Respublikası və 1918–1920-ci illər dövrü olub. Yarışma vasitəsilə tələbələrin Azərbaycan dövlətçilik tarixi ilə bağlı biliklərinin artırılması, milli yaddaşın gücləndirilməsi və tələbələr arasında maarifləndirici fəaliyyətlərin daha maraqlı formada təşkili hədəflənib.


Yarışma Kahoot platforması üzərindən online formatda keçirilib. Bu format iştirakçılara istədikləri məkandan telefon və ya kompüter vasitəsilə qoşulmaq imkanı yaradıb.

Tədbir həm maarifləndirici, həm də əyləncəli formada təşkil olunub. İştirakçılar Azərbaycan Demokratik Respublikasının yaranması, fəaliyyəti, dövlətçilik ənənələri və tarixi şəxsiyyətləri ilə bağlı sualları cavablandıraraq biliklərini sınayıblar.


Yarışmanın həyata keçirilməsində aşağıdakı təşkilatlar dəstək göstərib:

  • Ankara Universiteti Tələbə Təşkilatı

  • Ankara Yıldırım Beyazıt Universiteti Tələbə Təşkilatı

  • Azərbaycan Türkiyə Tələbə Birliyi

  • Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi

  • Ankara Hacı Bayram Vəli Universiteti Azərbaycanlıları

  • Ankara Medipol Azərbaycanlı Tələbələr Birliyi

  • OSTİM Teknik Universiteti Azərbaycanlı Tələbələr Birliyi

  • Gazi Universiteti Azərbaycanlı Tələbələr Birliyi


Yarışmanın qaliblərinə hədiyyələr təqdim edilməsi nəzərdə tutulub. Bu cür fəaliyyətlər tələbələr arasında həm sağlam rəqabət mühitinin formalaşmasına, həm də milli tariximizə marağın artmasına töhfə verir.


AZMODER olaraq inanırıq ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin milli tariximizə, dövlətçilik ənənələrimizə və mədəni irsimizə bağlılığının gücləndirilməsi böyük əhəmiyyət daşıyır. 28 May ruhunu tələbələr arasında yaşatmaq və gəncləri bu mövzuda bir araya gətirmək bizim üçün ayrıca qürurvericidir.


Yarışmanın təşkilində və yayılmasında dəstək göstərən bütün tələbə təşkilatlarına və iştirak edən tələbələrə təşəkkürümüzü bildiririk.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page