top of page

21-ci Ankara Kitab Sərgisində Azərbaycan stendini ziyarət edildi

Azmoder

3 Dekabr 2024

AZMODER sədri Azər Haqverdiyev 21-ci Ankara Kitab Sərgisində Azərbaycan stendini ziyarət edərək ölkəmizin mədəni irsinin Türkiyədə tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin sədri Azər Haqverdiyev 21-ci Ankara Kitab Sərgisində Azərbaycan stendini ziyarət edib.


Sərgidə Azərbaycan mədəniyyətini, ədəbiyyatını və zəngin irsini tanıdan stend ziyarətçilərin böyük marağı ilə qarşılanıb. Azərbaycan bayrağı, nəşrlər, mədəniyyət nümunələri və ölkəmizi tanıdan materiallarla hazırlanmış stend həm Türkiyədə yaşayan azərbaycanlılar, həm də yerli ziyarətçilər üçün diqqətçəkən məkanlardan biri olub.


AZMODER sədri Azər Haqverdiyev stendi artıq üçüncü dəfə ziyarət etdiyini qeyd edərək, insanların Azərbaycana olan marağının və sevgisinin burada aydın şəkildə hiss olunduğunu bildirib. O, bu cür fəaliyyətlərin Azərbaycan mədəniyyətinin Türkiyədə daha geniş tanıdılması, iki ölkə arasındakı qardaşlıq bağlarının gücləndirilməsi və gənclərin milli-mədəni dəyərlərlə daha yaxından tanış olması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.


AZMODER olaraq hesab edirik ki, kitab sərgiləri və mədəniyyət tədbirləri yalnız tanıtım platforması deyil, həm də Azərbaycan həqiqətlərinin, ədəbiyyatının və mədəni zənginliyinin geniş auditoriyaya çatdırılması üçün dəyərli imkanlardır.


Bu gözəl stendin hazırlanmasında və Azərbaycanı layiqincə təmsil edən bu fəaliyyətin həyata keçirilməsində əməyi keçən Azərbaycan Respublikası Mədəniyyət Mərkəzinə, Azərbaycanın Ankaradakı Səfirliyinə, başda Şəhla xanım olmaqla bütün təşkilatçılara və dəstək verən hər kəsə təşəkkürümüzü bildiririk.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page