
İş Haqqında
Staj proqramına aşağıdakı ixtisaslar üzrə tələbələr müraciət edə bilərlər:
Qastronomiya və kulinariya sənətləri;
Qida mühəndisliyi;
Qida texnologiyaları;
Restoran və iaşə müəssisələrinin idarə edilməsi;
Müvafiq sahələrdə təhsil alan digər tələbələr.
Stajın istiqamətindən asılı olaraq tələbələr aşağıdakı proseslərlə tanış ola bilərlər:
Restoran mətbəxində istehsal və hazırlıq mərhələləri;
Artisan çörək və un məmulatlarının hazırlanması;
Xammalın qəbulu, saxlanması və izlənilməsi;
Qida təhlükəsizliyi və gigiyena qaydaları;
Məhsulların keyfiyyətinə nəzarət;
İstehsal sahəsində risklərin müəyyənləşdirilməsi;
Temperatur və saxlama şərtlərinə nəzarət;
Tullantıların və resursların idarə olunması;
Müştəri rəylərinin və şikayətlərinin qiymətləndirilməsi;
Tələblər
Müvafiq ixtisaslardan biri üzrə aktiv tələbə olmaq;
Qida istehsalı, qastronomiya və restoran sahəsinə maraq göstərmək;
Gigiyena və qida təhlükəsizliyi qaydalarına həssas yanaşmaq;
Məsuliyyətli, intizamlı və öyrənməyə həvəsli olmaq;
Komanda ilə işləmə bacarığına sahib olmaq;
Müəyyən edilmiş iş qrafikinə riayət edə bilmək;
Bakı şəhərində stajda iştirak etmək imkanına sahib olmaq.
Tərcihən ODTÜ tələbəsi olmaq
Firma Haqqında
Müəssisələr haqqında
Bakıda fəaliyyət göstərən Hellim Restaurant Kipr mətbəxinin ənənəvi ləzzətlərini müasir təqdimatla birləşdirən “casual fine dining” konseptli restorandır. Müəssisə Ağ Şəhərdə yerləşir və menyusunda Kipr və Aralıq dənizi mətbəxinə xas yeməklər təqdim olunur.
Hellim Bakery isə artisan çörəklər, kruassanlar və müxtəlif un məmulatlarının hazırlanması ilə məşğul olmaqla yanaşı, HoReCa müəssisələri üçün burger çörəklərinin istehsalını və gündəlik çatdırılmasını həyata keçirir.
Müəssisələr ISO 9001, ISO 22000 və ISO 10002 standartlarına sahibdir. Bu səbəbdən stajçılar yalnız mətbəx və istehsal proseslərini deyil, həmçinin keyfiyyətin idarə edilməsi, qida təhlükəsizliyi və müştəri məmnuniyyəti standartlarının praktiki tətbiqini də müşahidə etmək imkanı qazanacaqlar.
