
2026 Yay Dövrü üçün Türkiyədə Açıq Qalacaq Növbətçi Yataqxanalar
Türkiyədə yay aylarında universitetlərin böyük hissəsində dərslər başa çatsa da, bir çox tələbə müxtəlif səbəblərlə şəhərdə qalmaq məcburiyyətində olur. Xüsusilə yaz okulu alan, məcburi və ya könüllü staj keçən, imtahana hazırlaşan, universitet tərəfindən tələb olunan kurs və təhsil fəaliyyətlərində iştirak edən tələbələr üçün yaşayış məsələsi yay dövründə ciddi problemə çevrilə bilər.
Bu səbəbdən Kredi ve Yurtlar Genel Müdürlüğü tərəfindən yay aylarında müəyyən KYK yataqxanaları “növbətçi yataqxana” olaraq açıq saxlanılır. Bu yataqxanalar, yay dövründə təhsil fəaliyyəti səbəbi ilə Türkiyənin müxtəlif şəhərlərində qalmalı olan tələbələr üçün nəzərdə tutulmuş mühüm bir imkandır. Xatırladaq ki, bu yurtlar çox ucuz qiymətə verilir (1000 Tl ətrafında). Yemək qiymətə daxil olmasa da yataqxananın içində verilən yemək çox ucuz qiymətədir.
Növbətçi yataqxanalar kimlər üçün faydalıdır?
Bu imkandan əsasən aşağıdakı tələbələr yararlana bilər:
-
Yaz okulu alan tələbələr;
-
Məcburi və ya könüllü staj keçən tələbələr;
-
Universitet, fakültə və ya bölüm tərəfindən tələb olunan kurs və təhsil fəaliyyətlərində iştirak edən tələbələr;
-
İmtahan, laboratoriya, layihə, tez və ya digər akademik səbəblərlə yay aylarında şəhərdə qalmalı olan tələbələr;
-
Ulusal Staj Programı çərçivəsində staj keçən tələbələr.
Niyə tələbələr bu imkana müraciət etməlidir?
Yay aylarında qısa müddətli ev tapmaq çox vaxt çətin və bahalı olur. Bir çox ev sahibi 1-2 aylıq kirayə vermək istəmir, otel və gündəlik kirayə evlər isə tələbə büdcəsi üçün uyğun olmaya bilər. Bu baxımdan növbətçi KYK yataqxanaları tələbələr üçün daha əlçatan, nizamlı və təhlükəsiz yaşayış imkanı yaradır.
Bu imkan xüsusilə başqa şəhərdə staj keçən və ya yaz okuluna qalan tələbələr üçün vacibdir. Çünki tələbə həm yerləşmə problemini daha sistemli şəkildə həll edə bilir, həm də qısa müddət üçün yüksək kirayə xərcləri ilə qarşılaşmaqdan yayınır.
Müraciət zamanı nələrə diqqət edilməlidir?
Növbətçi yataqxanalarda qalmaq istəyən tələbələrin yay dövründə hansı səbəblə yataqxanada qalmaq istədiklərini sənədlə təsdiqləmələri lazımdır. Məsələn, yaz okulu qeydiyyatı, staj sənədi, imtahan/kurs sənədi və ya universitet tərəfindən verilmiş digər rəsmi sənəd tələb oluna bilər.
Tələbələrə tövsiyə edirik ki, qalmaq istədikləri şəhərdəki Kredi ve Yurtlar İl Müdürlüğü və ya müvafiq yataqxana müdürlüğü ilə əvvəlcədən əlaqə saxlasınlar. Yerlərin vəziyyəti, qəbul qaydası, tələb olunan sənədlər və ödəniş məsələləri barədə məlumatı birbaşa rəsmi qurumlardan dəqiqləşdirmək daha doğru olacaqdır.
Vacib qeyd
Növbətçi yataqxanalar yay aylarında bütün tələbələr üçün ümumi turistik və ya sərbəst qalma imkanı kimi nəzərdə tutulmur. Bu imkan əsasən yaz okulu, staj, imtahan, kurs və digər təhsil fəaliyyəti səbəbi ilə qalmağa ehtiyacı olan tələbələr üçündür. Boş yer vəziyyətinə görə müraciətlər dəyərləndirilə bilər.
Aşağıda 2026 yay dövründə Türkiyədə açıq qalacaq növbətçi yataqxanaların siyahısını təqdim edirik.
2026 Yay Dövrü Növbətçi Yataqxanalar Siyahısı
Listənin excell formatı üçün klikleyin
Şəhər | Yeri | Yataqxananın Adı | Cinsiyyət |
|---|---|---|---|
KARABÜK | MERKEZ | ASİYE HATUN ÖĞRENCİ YURDU | Qız |
KARABÜK | MERKEZ | KARABÜK BAHADDİN GAZİ YURDU | Oğlan |
KARAMAN | MERKEZ | KARAMAN PİRİ REİS ÖĞRENCİ YURDU | Oğlan |
KARAMAN | MERKEZ | NEFİSE SULTAN ÖĞRENCİ YURDU | Qız |
KARS | MERKEZ | KARS YURDU | Qız/Oğlan |
KASTAMONU | MERKEZ | BAHARZADE FERİDE HANIM ÖĞRENCİ YURDU | Qız |
KASTAMONU | MERKEZ | ŞEYH ŞABAN-I VELİ ÖĞRENCİ YURDU | Oğlan |
KAYSERİ | MERKEZ | SAHABİYE ÖĞRENCİ YURDU | Oğlan |
KAYSERİ | MERKEZ | MUSTAFA ASIM KÖKSAL ÖĞRENCİ YURDU | Qız |
KIBRIS | LEFKE | BÜLENT ECEVİT ÖĞRENCİ YURDU | Oğlan |
KIBRIS | LEFKE | ŞEHİT İLHANLAR ÖĞRENCİ YURDU | Qız |
KIBRIS | MAGUSA | NECMETTİN ERBAKAN ÖĞRENCİ YURDU | Qız/Oğlan |
KIRIKKALE | MERKEZ | HAMİDİYE ÖĞRENCİ YURDU | Oğlan |
KIRIKKALE | MERKEZ | KIRIKKALE-KIZILIRMAK KIZ ÖĞRENCİ YURDU | Qız |
KIRKLARELİ | MERKEZ | AHMET CEVDET PAŞA ÖĞRENCİ YURDU | Qız/Oğlan |
KIRŞEHİR | MERKEZ | KIRŞEHİR-AHİ EVRAN KIZ ÖĞRENCİ YURDU | Qız/Oğlan |
KİLİS | MERKEZ | BİLAL-İ HABEŞİ ÖĞRENCİ YURDU | Oğlan |
KİLİS | MERKEZ | KİLİS MERCİDABIK ÖĞRENCİ YURDU | Qız |
KOCAELİ | GEBZE | GEBZE NİLÜFER HATUN ÖĞRENCİ YURDU | Qız/Oğlan |
KOCAELİ | MERKEZ | GAZİ S ÜLEYMAN PAŞA ÖĞRENCİ YURDU | Oğlan |
KOCAELİ | MERKEZ | SAMİHA AYVERDİ ÖĞRENCİ YURDU | Qız |
KONYA | MERKEZ | ANADOLU YURDU | Qız |
KONYA | MERKEZ | BÜYÜK SELÇUKLU YURDU | Oğlan |
KÜTAHYA | MERKEZ | YESEVİ ÖĞRENCİ YURDU | Qız/Oğlan |
MALATYA | MERKEZ | BATTALGAZİ ÖĞRENCİ YURDU | Oğlan |
MALATYA | MERKEZ | İLHAN AKINCI ÖĞRENCİ YURDU | Qız |
MANİSA | MERKEZ | MANİSA-HÜMA HATUN ÖĞRENCİ YURDU MÜDÜRLÜĞÜ | Qız |
MANİSA | MERKEZ | MERKEZ EFENDİ ÖĞRENCİ YURDU | Oğlan |
MARDİN | MERKEZ | KASIMİYE ÖĞRENCİ YURDU | Oğlan |
MARDİN | MERKEZ | MARDİN KIZ ÖĞRENCİ YURDU | Qız |
MERSİN | MERKEZ | MERSİN-YENİŞEHİR ÖĞRENCİ YURDU | Oğlan |
MERSİN | MERKEZ | MÜFİDE İLHAN ÖĞRENCİ YURDU | Qız |
MUĞLA | FETHİYE | FETHİYE ÖĞRENCİ YURDU MÜDÜRLÜĞÜ | Qız |
MUĞLA | FETHİYE | FETHİYE SITKI-MEFHARET KOÇMAN ÖĞRENCİ YURDU | Oğlan |
MUĞLA | MERKEZ | MUĞLA ERKEK YURDU | Oğlan |
MUĞLA | MERKEZ | ŞAHİDİ KIZ YURDU | Qız |
MUŞ | MERKEZ | DANİŞMEND GAZİ ÖĞRENCİ YURDU | Qız/Oğlan |
NEVŞEHİR | MERKEZ | FATIMA SULTAN ÖĞRENCİ YURDU | Qız |
NEVŞEHİR | MERKEZ | HACI BEKTAŞ-I VELİ ÖĞRENCİ YURDU | Oğlan |
NEVŞEHİR | MERKEZ | NEVŞEHİR YURDU | Qız |
NEVŞEHİR | ÜRGÜP | BAŞHİSAR ÖĞRENCİ YURDU | Oğlan |
NEVŞEHİR | ÜRGÜP | ÜRGÜP ÖĞRENCİ YURDU | Qız |
NİĞDE | MERKEZ | NİĞDE ERTUĞRULGAZİ ÖĞRENCİ YURDU | Qız/Oğlan |
ORDU | MERKEZ | HEKİMOĞLU ÖĞRENCİ YURDU | Oğlan |
ORDU | MERKEZ | ORDU LEBİBE-ERGİN KARLIBEL ÖGRENCİ YURDU | Qız |
OSMANİYE | MERKEZ | OSMANİYE YURDU | Qız/Oğlan |
RİZE | MERKEZ | DEVLET HATUN ÖĞRENCİ YURDU | Qız |
RİZE | MERKEZ | RİZE YEŞİLÇAY YURDU | Oğlan |
SAKARYA | MERKEZ | SAKARYA YURDU | Qız |
SAKARYA | MERKEZ | SERDİVAN ÖĞRENCİ YURDU | Oğlan |
SAMSUN | MERKEZ | SAMSUNLU FATMA ÇAVUŞ ÖĞRENCİ YURDU | Qız |
SAMSUN | MERKEZ | TURGUT ÖZAL ÖĞRENCİ YURDU | Oğlan |
SİİRT | MERKEZ | HASSA HATUN ÖĞRENCİ YURDU | Qız |
SİİRT | MERKEZ | İSMAİL FAKİRULLAH ÖĞRENCİ YURDU | Oğlan |
SİNOP | MERKEZ | MAHMUD KEFEVİ ÖĞRENCİ YURDU | Oğlan |
SİNOP | MERKEZ | SİNOP YURDU | Qız |
SİVAS | MERKEZ | İZZEDDİN KEYKAVUS ÖĞRENCİ YURDU | Oğlan |
SİVAS | MERKEZ | YILDIZ ÖĞRENCİ YURDU | Qız |
ŞANLIURFA | MERKEZ | KARAHANTEPE ÖĞRENCİ YURDU | Qız/Oğlan |
ŞIRNAK | İDİL | İDİL ÖĞRENCİ YURDU | Qız |
ŞIRNAK | MERKEZ | ŞIRNAK YURDU | Oğlan |
TEKİRDAĞ | MERKEZ | DR. SADIK AHMET ÖĞRENCİ YURDU | Oğlan |
TEKİRDAĞ | MERKEZ | TEKİRDAĞ YURDU | Qız |
TOKAT | MERKEZ | AYDOĞAN AYDIN ÖĞRENCİ YURDU | Oğlan |
TOKAT | MERKEZ | MEHMED EMİN TOKADİ ÖĞRENCİ YURDU | Qız |
TRABZON | MERKEZ | TRABZON YURDU | Oğlan |
TRABZON | MERKEZ | TRABZON-DOĞU KARADENİZ YURDU | Qız |
TUNCELİ | MERKEZ | EHLİBEYT ÖĞRENCİ YURDU | Qız/Oğlan |
UŞAK | MERKEZ | LATİFE HANIM ÖĞRENCİ YURDU | Qız |
UŞAK | MERKEZ | UŞAK ERKEK ÖĞRENCİ YURDU | Oğlan |
VAN | MERKEZ | AMİNE HATUN ÖĞRENCİ YURDU | Oğlan |
VAN | MERKEZ | SEYYİD FEHİM ARVASİ YURDU | Qız |
YALOVA | MERKEZ | AKÇA HATUN ÖĞRENCİ YURDU MÜDÜRLÜĞÜ | Qız |
YALOVA | MERKEZ | YALOVA YURDU | Oğlan |
YOZGAT | MERKEZ | BOZOK ÖĞRENCİ YURDU | Oğlan |
YOZGAT | MERKEZ | KINALI HASAN ÖĞRENCİ YURDU | Qız |
ZONGULDAK | ÇAYCUMA | ÇAYCUMA YURDU | Qız/Oğlan |
ZONGULDAK | MERKEZ | ABDULLAH SABRİ EFENDİ ÖĞRENCİ YURDU | Oğlan |
ZONGULDAK | MERKEZ | NESİBE HATUN ÖĞRENCİ YURDU | Qız |
