top of page

Digər şəhərlərə transfer və yola salma

1 gün

Müqavilə Əsasında

Ankaradan digər şəhərlərə gedəcək tələbələr üçün qarşılama və yola salma xidməti

Bu xidmət Ankara Esenboğa Hava Limanına enən, lakin təhsil alacağı şəhər Ankara olmayan tələbələr üçün nəzərdə tutulur. Türkiyəyə ilk dəfə gələn, şəhər nəqliyyatını tanımayan, türk dilində ünsiyyətdə çətinlik çəkən və tək səyahət etməkdə narahatlıq yaşayan tələbələr üçün təhlükəsiz və planlı keçid imkanı yaradır.

Bu xidmət çərçivəsində tələbə və ya valideynlər Ankara Esenboğa Hava Limanında qarşılanır, gedəcəyi şəhərə uyğun olaraq şəhərlərarası avtovağzal olan AŞTİ-yə və ya Ankara Yüksək Sürətli Qatar Stansiyasına aparılır. Tələbənin gedəcəyi şəhərə ən uyğun avtobus və ya sürət qatarı seçiminin müəyyən edilməsinə, bilet saatının yoxlanılmasına, baqaj və perron/platform istiqamətləndirməsinə praktiki dəstək göstərilir.

Məsələn, Konya, Eskişehir, Kayseri, Sivas və digər şəhərlərə gedəcək tələbələr üçün avtobus və ya yüksək sürətli qatar alternativləri dəyərləndirilir. Məqsəd tələbənin Ankara hava limanına endikdən sonra vaxt itirmədən, yanlış istiqamətə getmədən və əlavə stress yaşamadan təhsil alacağı şəhərə yola salınmasını təmin etməkdir.

Bu xidmətə aşağıdakılar daxil ola bilər:

  • Tələbə və ya valideynin Ankara Esenboğa Hava Limanında qarşılanması;

  • Baqaj və çıxış prosesində ilkin istiqamətləndirmə;

  • Gediləcək şəhərə uyğun nəqliyyat alternativlərinin dəyərləndirilməsi;

  • AŞTİ avtovağzalına və ya Ankara YHT stansiyasına transfer;

  • Avtobus və ya sürət qatarı biletinin yoxlanılması və yönləndirmə;

  • Perron, platforma və baqaj məsələlərində praktiki dəstək;

  • Tələbənin yola salınması və valideynə məlumat verilməsi.

Avtobus, qatar, taksi, yemək, əlavə baqaj və digər üçüncü tərəf xərcləri xidmət haqqına daxil deyil və tələbə və ya valideyn tərəfindən ayrıca ödənilir.

Uçuş gecikməsi, bilet dəyişikliyi, avtobus və ya qatar səfərlərinin ləğvi, yer olmaması və nəqliyyat şirkətlərindən qaynaqlanan gecikmələr dərnəyin birbaşa məsuliyyətinə daxil deyil. Belə hallarda tələbəyə mümkün alternativlərin araşdırılması və yönləndirmə dəstəyi göstərilə bilər.

Xidmət müqavilədə göstərilən çərçivədə həyata keçirilir və tələbənin hava limanından qarşılanaraq müvafiq avtobus və ya qatar səfərinə yönləndirilməsi ilə tamamlanır.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page