
Yenilenme Tarixi 13.05.2026
Başvuru tarixləri : 15.04.2026-15.05.2026
Xatırladırıq ki, burada təqdim olunan məlumatlar universitetin rəsmi internet səhifəsindən və tələbə təcrübələrinə dayanaraq paylaşılır. Universitet, qəbul prosesi üçün dərnəyimizlə xüsusi əməkdaşlıq etmir. Əgər hər hansı bir məlumatda uyğunsuzluq və ya ziddiyyət varsa, universitetin rəsmi informasiya kanallarına əsas alınmalıdır.
1. Tarixi
Ankara Sosial Elmlər Universiteti — ASBÜ, 2013-cü ildə Türkiyənin paytaxtı Ankarada qurulmuş dövlət universitetidir. Universitetin ən mühüm xüsusiyyətlərindən biri onun sosial elmlər sahəsində ixtisaslaşmış dövlət universiteti kimi formalaşmasıdır. ASBÜ, Türkiyədə sosial elmlər istiqamətində araşdırma və təhsil mərkəzi olmaq məqsədi ilə yaradılmışdır.
2. Haqqında
Ankara Sosial Elmlər Universiteti sosial elmlər sahəsində təhsil almaq istəyən tələbələr üçün Ankarada diqqətəlayiq seçimlərdən biridir. Universitetin əsas üstünlüklərindən biri onun şəhərin mərkəzi sayılan Ulus bölgəsində yerləşməsidir. Bu, tələbələr üçün nəqliyyat, dövlət qurumlarına çıxış, kitabxana, muzey, tarixi məkanlar və şəhər həyatı baxımından əlverişli imkanlar yaradır.
ASBÜ daha çox sosial elmlər yönümlü universitet olduğu üçün burada hüquq, siyasət elmləri, beynəlxalq münasibətlər, iqtisadiyyat, biznes, psixologiya, sosiologiya, tarix, dil və mədəniyyət sahələrinə marağı olan tələbələr üçün uyğun akademik mühit formalaşmışdır. Universitetin kiçik və ixtisaslaşmış strukturu tələbələrə daha mərkəzləşdirilmiş akademik mühit təqdim edir.
ASBÜ-də beynəlxalq tələbələr üçün ayrıca Uluslararası Ofis fəaliyyət göstərir. Universitetin beynəlxalq tələbə müraciətləri ilə bağlı rəsmi əlaqə ünvanları və başvuru məlumatları Uluslararası Ofis tərəfindən yayımlanır. Lisans müraciətləri üçün ayrıca e-poçt ünvanının göstərilməsi də abituriyentlərin birbaşa universitetlə əlaqə qurmasını asanlaşdırır.
Universitetin mərkəzdə yerləşməsi bir tərəfdən böyük üstünlükdür, digər tərəfdən isə yataqxana və kirayə ev məsələsində tələbələrin daha əvvəlcədən planlama aparmasını vacib edir. Xüsusilə xarici tələbələr üçün qəbuldan sonra qeydiyyat, yaşayış yeri, oturum icazəsi və sənəd hazırlığı mərhələlərinin vaxtında tamamlanması önəmlidir.
3. Reytinqi
Ankara Sosial Elmlər Universiteti gənc universitet olmasına baxmayaraq, son illərdə beynəlxalq görünürlüğünü artırmağa başlamışdır. Universitet QS Europe University Rankings – Western Asia 2026 sıralamasında yer almış və Qərbi Asiya bölgəsi üzrə dəyərləndirmədə 79-cu sırada göstərilmişdir.
ASBÜ, həmçinin QS 2026 Avropa Universitetləri Sıralamasında ilk dəfə yer alaraq Avropa üzrə 701–900 bandında, Türkiyə universitetləri arasında isə ilk 100-lükdə göstərilmişdir. Bu nəticə universitetin beynəlxalq akademik sistemdə tanınma prosesinə daxil olduğunu göstərir.
4. Kampüs Həyatı
Universitetin kampus həyatı yoxdur. Daha çox şəhərin mərkəzində yerləşir. Yataqxanaları da mövcud deyil tələbələr daha çox rəsmi Kredi Yurtlar Müdürlüyünün yataqxanalarında qalır.
5. Abutriyentlərə məsləhətlər
Ankara Sosial Elmlər Universitetini seçmək istəyən abituriyentlər ilk növbədə universitetin profilini düzgün qiymətləndirməlidirlər. ASBÜ klassik mənada çox böyük kampus həyatı olan, bütün sahələri əhatə edən universitet deyil. Daha çox sosial elmlər və humanitar sahələrə yönəlmiş, mərkəzdə yerləşən, akademik olaraq ixtisaslaşmış bir dövlət universitetidir. Bu səbəbdən hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat, psixologiya, siyasət elmləri, idarəetmə və dil sahələrinə marağı olan tələbələr üçün daha uyğun seçim ola bilər.
ASBÜ-nün mərkəzdə yerləşməsi gündəlik həyat üçün rahatlıq yaratsa da, yataqxana və kirayə ev tapmaq məsələsində rəqabət ola bilər. Buna görə qəbul alan tələbələr yaşayış planını son ana saxlamamalıdırlar. Xüsusilə 18 yaşdan kiçik tələbələr və ailəsindən ilk dəfə uzaqda yaşayacaq abituriyentlər sənəd, qəyyumluq, oturum və qeydiyyat prosedurlarını əvvəlcədən araşdırmalıdırlar.
Universitet seçərkən yalnız “Ankaradadır” və ya “dövlət universitetidir” prinsipi ilə qərar vermək doğru olmaz. ASBÜ daha çox oxumağa, araşdırmaya, dil bacarığına və sosial elmlər üzrə analitik düşüncəyə önəm verən tələbələr üçün uyğundur. Texniki, mühəndislik və geniş laboratoriya imkanları axtaran tələbələr isə seçim etməzdən əvvəl proqram siyahısını diqqətlə yoxlamalıdırlar.
Ümumilikdə, Ankara Sosial Elmlər Universiteti sosial elmlər sahəsində təhsil almaq, Ankaranın mərkəzində tələbə həyatı yaşamaq və dövlət universitetində oxumaq istəyən azərbaycanlı abituriyentlər üçün nəzərdən keçirilə biləcək alternativlərdən biridir.
6. 2026-2027 Tədris İli üçün ASBU-yə başvuru
Başvuru tarixləri : 15.04.2026-15.05..2026
Nəticələrin Açıqlanması: 26.06.2026
Universitet qeydiyyatları: 20.08.2026-28.08.2026
Ehtiyatda qalan namizədlərin üniversitet qeydiyyarları:
Başvuru linki : https://obs.asbu.edu.tr/oibs/foa_app/
Başvuruda qəbul edilən imtahanlar:
1) TR- Yös* : en az 200 bal
2) SAT I* - ən az 1100 bal toplamaq. Fən fakultələri üçün ən az 660 Math balı.
* İmtahanların keçərliliyi 2 ildir.
** Keçərliliyinin limiti yoxdur.
Digər imtahanListənin tamamı üçün klikləyin
Sənədlər Türk və İngilis dilində deyilsə mütləq onu tərcümə edilməlidir. Başqa universitetlərə də baş vuracağınızdan Türk dilində olması daha məqsədə uyğundur.
1. Kimlik Məlumatları: Xarici pasport və ya şəxsiyyət vəsiqəsi. Şəxiyyət vəsiqəsi yüklənəcəksə Türk və ya İngilis dilində tərcüməsi noter təsdiqi
2. Əlaqə vasitələri: Adres məlumatlarınız mütləq qaldığınız yer olmalı və aktiv bir telefon nömrəsi yazılmalıdır.
3. Başvuru məlumatları: Daha əvvəl başqa bir üniversitetdən uzaqlaşdırılıb uzaqlaşdırılmadığınızın məlumatını yazın
4. Orta Məktəb Məlumatları: Məzun olduğunuz orta məktəb məlumatları yazılmalıdır. Biometrik Foto.
5. Sənədlər:
a) Pasportunuzun şəkilli hissəsinin pdf halı.
b) Atestatın konsulluq təsdiqli sürəti və ya Atestat alınmayıbsa məzun olacağınızı görsədən arayışın Türkçə və ya İngilis dilinə tərcümə (nümünə üçün klikləyin)
c) 9-10-11 ci siniflərdə aldığınız qiymətlər. Türk və ya İngilis dilində noter təsdiqli. (nümünə üçün klikləyin)
d) Tr-YÖS, SAT I və ya aşağıda olan hər hansı bir imtahan nəticəsi.
e) Başvuru Formu başvuru sistemi açıldıqdan sonra aktiv olacaq
Başvurular Pulsuzdur.
7. 2025-2026 Kontenjanlar və Təhsil haqları
Bölüm Adı | Kontenjan | Tehsil Müddəti | İllik Təhsil haqqı (2025-2026) |
|---|---|---|---|
İqtisadiyyat (İngilis Dilində) | 10 | 4 | 30 000 TL |
İşlətmə/Menecment (İngilis Dilində) | 10 | 4 | 30 000 TL |
Beynalxalq Əlaqələr (İngilis Dilində) | 10 | 4 | 30 000 TL |
Siyasiət Elmi və İdarəetmə (İngilis Dilində) | 6 | 4 | 30 000 TL |
İlahiyyat (%30 Ərəb dilində) | 8 | 4 | 25 000 Tl |
Psikologiya (İngilis dilində) | 5 | 4 | 30 000 TL |
Tarix (ingilis dilində) | 5 | 4 | 25 000 Tl |
Türk Dili və Ədəbiyyatı (30% İngilis dilində) | 5 | 4 | 25 000 Tl |
Sosyologiya | 5 | 4 | 25 000 Tl |
Huquq (%30 İngilis dili) | 5 | 4 | 25 000 Tl |
Rus Dili Sinxron və Tərcüməcilik | 10 | 4 | 30 000 TL |
Yapon Dili Sinxron və Tərcüməcilik | 10 | 4 | 30 000 TL |
İngilis dili Ədəbiyyatı | 10 | 4 | 30 000 TL |
İspan Dili Sinxron və Tərcüməcilik (İspan Dilində) | 5 | 4 | 30 000 TL |
Çin Dili Sinxron və Tərcüməcilik (İspan Dilində) | 10 | 4 | 30 000 TL |
Yeni Medya və Əlaqə | 5 | 4 | 30 000 TL |





