Türksoylu Bəlgəsi*
*Burada verilən məlumatlar bilgiləndirmə məqsədlidir. Zamanla çıxan qanun dəyişikliklərinə görə fərqlilik görsədə bilir.
Türksoylu bəlgəsi "2527 saylı 'Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilmələrinə, dövlət, özəl qurum və ya iş yerlərində çalışa bilmələrinə dair" qanuna əsasən Türkiyə Respublikasına qohum (Azərbaycan, Qazaxstan, Türkmənistan, Qırğızstan ve.s.) ölkə vətandaşlarına verilən bir imtiyazlardır. Bu sənədin istifadə sahəsi genişdir və yuxarıdakı qanunla təmzinlənir. Sənədi hansı sektorda istifadə edəcəksənizsə ona görə müxtəlif orqanlardan müraciət etməyiniz lazım ola bilər. Bu yazıda biz Türkiyə Respublikasına müalicə üçün gələnlər və TUS, DUS imtahanlarına Türkiyə Respublikası vətəndaşı kimi girmək istəyənlər üçün sənədin alınma qaydasını bildirəcəyik.
Tibbi məqsədlər üçün istifadə (müəlicə, əməliyyat ve.s). Türksoylu bəlgəsi alanlar Türkiyədə SADƏCƏ DÖVLƏT xəstəxanalarında bu haqdan yararlana bilirlər. Xarici vətəndaşlar Türkiyədə normal vətandaşlardan 2-3 qat artıq xidmət haqqı ödədikləri halda Türksoylu bəlgəsi olanlar sığortasız Türkiyə Respublikası vətandaşları kimi ödəyirlər. Bunun üçün oturum lazım olmur. Sənədin alınma qaydası sırasıyla aşağıdakı kimidir.
1. Azərbaycan Respublikasının Ankara Səfirliyi və ya İstanbul Başkonsuluğuna müraciət edirsiniz. Bunun üçün randevu almağınıza gərək yoxdur. Səhər tezdən getməyiniz məsləhət olunur çünkü sıra çox olur.
Bunun üçün aşağıdakı sənədlər tələb olunacaq.
a) Pasportunuzun sürəti
b) Konsulluq şöbəsinə 10 dollar ödəndiyinə dair dekont.
c) Əgər təhsil məqsədi üçün istifadə olunacaqsa öğrənci bəlgəsi.
2. Aldığınız sənədi Ankarada Dışişleri Bakanlığı təsdiq şöbəsində (xidmət üçün sənəd başına 753.10 tl sadəcə nəğd məbləğ alırlar) və ya başqa şəhərlərdə kaymakanlıqların apostil söbələrində (pulsuz) təsdiq etdirməlisiniz. Bəzi apostil şöbələri bu sənədi apostil etməyə bilər.
3. Aldığınız sənədi xəstəxananın əlaqəli birimlərinə verin. Bu sənədi xəstəxanaya getmədən öncə almağınız məsləhət görülür amma sonradan da verdiyinizdə faturanızda endirim edilir.
Tibdə Uzamanlıq Sınavı (TUS), Dişdə Uzmanlıq Sınavı (DUS) ve.s. kimi vətəndaşlarımızın çox başvurduğu imtahanlarda Türkiyə Respublikası vətəndaşları kimi baş vurmaq imkanı yaradır. Bu kontenjanlardan daxil uzmanlığı qazananlar Türk vətandaşları kimi məvacib alırlar. Yabancı vətəndaşlar isə 2-3 dəfə az maaş alırlar. Bu bəlgənin verilməsindən Nufus və Vətəndaşlıq İşləri Gənəl Müdürlüyü məsuldur və başvurular qaldığınız rayonun müfaviq müdürlüyünə baş vurulur. Bunun üçün aşağıdakı mərhələlərlə prosessi başlarmaq lazımdır.
1) Vətəndaşı olduğu dövlətin konsulluğundan aldığı türk soylu olduğuna dair sənədin əsli təsdiq edilmiş surəti.
(Qeyri-hökumət təşkilatlarından yəni dərnəklərdən və ya bələdiyyələrdən bəyannamə əsasında tərtib edilmiş sənədlər qəbul olunmur.)
2) “Yabancıların Nüfus Kayıtlarının Tesisine İlişkin Bildirim” formu (Yaşayış yeriniz üzrə Müvafiq İl Nufus Müdürlüyündən alınmalıdır.)
3) Diplomun notariusdan və ya təhsil müəssisəsindən təsdiq edilmiş surəti. Xaricdən alınmış diplomların YÖK-də dənkliyi alınmalıdır.
(Orta təhsil və ya lisey diplomları və ya müvəqqəti məzuniyyət sənədləri qəbul olunmur. )
4) Pasportun tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surəti.
5) Forma üçün yapışdırılacaq fotoşəklin son altı ay ərzində çəkilmiş olması və əlavə olaraq təqdim ediləcək iki fotoşəklin də eyni olması
6) Əgər türk soylu əcnəbi şəxs evlidirsə, nikaha dair sənədin notarial təsdiqi
(Təsdiq üçün sənədin apostil olmalıdır)
7) Göç idarəsi tərəfindən verilən İkamət izni/Oturum oxunaqlı və notarius tərəfindən təsdiq edilmiş surəti.
(ən az 6 aylıq etibarlılıq müddəti olmalıdır)
8) İki ədəd fotoşəkil
(Forma yapıştırılanla eyni olmalıdır)