
Azmoder
21 Oktyabr 2025
AZMODER nümayəndələri Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və İstanbul millət vəkili Şamil Ayrım ilə Türkiyə Böyük Millət Məclisində görüşərək azərbaycanlı tələbələrin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.
Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin nümayəndələri Türkiyə Böyük Millət Məclisində Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və İstanbul millət vəkili cənab Şamil Ayrım ilə görüş keçiriblər.
Görüş zamanı Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdığı əsas məsələlər, xüsusilə 18 yaşdan aşağı tələbələrin qeydiyyat prosesi, rəsmi prosedurlarda yaşanan çətinliklər və bu istiqamətdə mümkün qanuni və inzibati yaxşılaşdırmalar müzakirə olunub.
Eyni zamanda azərbaycanlı tələbələrin Türkiyədə daha sağlam və təhlükəsiz təhsil mühitinə sahib olması üçün müvafiq qurumlarla əməkdaşlığın genişləndirilməsi, tələbələrin ehtiyaclarının aidiyyəti qurumlara daha sistemli şəkildə çatdırılması və gələcəkdə həyata keçirilə biləcək birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Cənab Şamil Ayrımın hər zaman Türkiyədəki azərbaycanlı tələbələrə və tələbə təşəbbüslərinə göstərdiyi diqqət, səmimi münasibət və dəstəyi bizim üçün ayrıca dəyərlidir.
AZMODER olaraq dəyərli məsləhətləri, qonaqpərvərliyi və tələbələrimizə göstərdiyi diqqətə görə Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, İstanbul millət vəkili cənab Şamil Ayrıma təşəkkürümüzü bildiririk.
