top of page

Tələbə əffı ilə bağlı qanun təklifi bu həftə TBMM-də müzakirə olunacaq.

Azmoder

27 İyul 2026

Türkiyədə tələbə əffı və ali təhsillə bağlı yeni qanun təklifi Türkiyə Böyük Millət Məclisinə müzakirəyə çıxarılacaq. Təklif qəbul ediləcəyi təqdirdə, müəyyən şərtləri daşıyan tələbələr 2026–2027 tədris ilində yenidən təhsillərinə davam edə biləcəklər.

Türkiyədə tələbə affı və ali təhsil sahəsində bir sıra dəyişiklikləri nəzərdə tutan qanun təklifi Türkiyə Böyük Millət Məclisinin gündəminə təqdim edilib.


Təklifdə ali təhsil müəssisələrində hazırlıq, ön lisans, lisans, lisans tamamlama və lisansüstü təhsil alarkən müxtəlif səbəblərlə universitetlə əlaqəsi kəsilən şəxslərə yenidən təhsilə qayıtmaq imkanı yaradılması nəzərdə tutulur.


Qanun təklifi qəbul ediləcəyi halda, daha əvvəl tələbə affından yararlanmamış və qanunda göstərilən istisna hallara daxil olmayan şəxslər, müəyyən olunacaq müddət ərzində əvvəlki ali təhsil müəssisələrinə müraciət edərək 2026–2027 tədris ilində yenidən təhsillərinə başlaya biləcəklər.


Təklifə əsasən, öz istəyi ilə universitetdən ayrılanlar da daxil olmaqla, əlaqəsi kəsilən tələbələrin bu hüquqdan istifadə edə bilməsi nəzərdə tutulur. Bununla yanaşı, terror, qəsdən adam öldürmə, işgəncə, cinsi cinayətlər, narkotik maddə istehsalı və ticarəti, saxta sənəd təqdim edilməsi və bəzi digər ağır hallar səbəbilə əlaqəsi kəsilən şəxslər bu imkandan yararlana bilməyəcəklər.


Qanun təklifində tələbələr üçün digər vacib məsələ də yer alır. Maximum təhsil müddətini tamamlamış son kurs tələbələrinə məzun ola bilmələri üçün uğursuz olduqları və ya ala bilmədikləri nəzəri və tətbiqi dərslər üzrə iki əlavə imtahan və ya təkrar haqqı verilməsi nəzərdə tutulur. Lakin bu imkan ara sinif tələbələrinə şamil edilməyəcək.


Bundan başqa, təklifdə akademik etik qaydaların qorunması, saxta akademik işlərə qarşı cəzaların sərtləşdirilməsi, vakıf ali təhsil müəssisələrinə nəzarət mexanizmlərinin gücləndirilməsi və bəzi ali təhsil qurumlarının struktur dəyişiklikləri ilə bağlı müddəalar da yer alır.


AZMODER olaraq Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün bu cür dəyişikliklərin diqqətlə izlənməsini vacib hesab edirik. Xüsusilə müxtəlif səbəblərlə təhsilini yarımçıq qoymuş tələbələr üçün tələbə affı ciddi bir fürsət ola bilər.


Bununla belə, qeyd etmək vacibdir ki, məsələ hazırda qanun təklifi mərhələsindədir. Yekun qaydalar qanun qəbul edildikdən və aidiyyəti qurumlar tərəfindən rəsmi tətbiq mexanizmləri elan edildikdən sonra dəqiqləşəcəkdir. Rəsmi Qəzetdə elan edildikdən də sonra 4 ay içində tələbələr universitetlərinə baş vuraraq bu haqqdan yararlana biləcəklər. Aldıqları dərslərin hansılarının sayılıb sayılmayacağına isə universitetlər qərar verəcəklər.


AZMODER olaraq proseslə bağlı rəsmi məlumatları izləməyə və Türkiyədə təhsil alan azərbaycanlı tələbələri doğru şəkildə məlumatlandırmağa davam edəcəyik.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page