top of page

ODTÜ Prorektor Prof. Dr. Taner Zorbaya təbrik ziyarəti həyata keçirildi

Azmoder

27 Noyabr 2024

AZMODER nümayəndələri 27.11.2024 tarixində Orta Doğu Teknik Universitetinin Tələbələrdən məsul prorektoru Prof. Dr. Taner Zorbayı ziyarət edərək yeni vəzifəsi münasibətilə təbrik etmiş və tələbələrə yönəlik mümkün layihələr barədə fikir mübadiləsi aparmışdır.

02 may 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin nümayəndələri Orta Doğu Teknik Universitetinin Tələbələrdən məsul prorektoru Prof. Dr. Taner Zorbay ilə görüş keçirmişdir.


Görüş zamanı Prof. Dr. Taner Zorbay yeni vəzifəsi münasibətilə təbrik edilmiş, ona fəaliyyətində uğurlar arzulanmışdır. AZMODER olaraq Dr. Zorbayın tələbələrlə qurduğu səmimi münasibəti, tələbələrin qarşılaşdığı məsələlərə praktik yanaşması və həll yönümlü iş üslubunu yüksək qiymətləndirdiyimiz ifadə edilmişdir.


Söhbət zamanı ODTÜ-də təhsil alan azərbaycanlı tələbələrin akademik və sosial həyatına dəstək ola biləcək layihələr, tələbələrin universitet mühitinə daha rahat adaptasiyası və tələbə təşəbbüslərinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.


Dr. Taner Zorbayın tələbələrə yönəlik məsələlərdə sürətli və konstruktiv yanaşması, gələcəkdə tələbələr üçün faydalı işlərin görülməsi baxımından müsbət bir imkan kimi dəyərləndirilmişdir.


AZMODER olaraq səmimi qəbula, göstərilən diqqətə və faydalı müzakirəyə görə Prof. Dr. Taner Zorbaya təşəkkür edir, yeni vəzifəsində uğurlar arzulayırıq.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page