top of page

AZMODER sədri Ankara İl Göç İdarəsini ziyarət etdi

Amoder

25 Noyabr 2025

AZMODER nümayəndələri 25.11.2024 tarixində Ankara İl Göç İdarəsi ilə görüş keçirərək azərbaycanlı tələbələrin yaşayış icazəsi prosesində qarşılaşdığı məsələlər və bu istiqamətdə görülə biləcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

25 noyabr 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin təşəbbüsü ilə Ankara İl Göç İdarəsi ilə səmərəli görüş keçirilib.


Görüş zamanı Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin yaşayış icazəsi prosesində qarşılaşdığı əsas çətinliklər, müraciət zamanı edilən yayğın səhvlər və sənədləşmə prosesinin daha düzgün aparılması üçün diqqət edilməli məqamlar müzakirə olunub.


Ankara İl Göç İdarəsi Uyum Birimindən Merve xanım tələbələrin müraciət prosesində tez-tez rast gəlinən yanlışlıqlar, bu yanlışlıqların qarşısının alınması və prosesin daha sağlam şəkildə tamamlanması ilə bağlı faydalı məlumatlar təqdim edib.


Görüş çərçivəsində həmçinin gələcəkdə tələbələrin doğru məlumatlandırılması, rəsmi prosedurlar haqqında maarifləndirilməsi və müraciət proseslərində yaşanan problemlərin hüquqi çərçivələr daxilində daha effektiv şəkildə həll olunması üçün mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.


AZMODER olaraq bu görüşü Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin gündəlik həyatına birbaşa təsir edən önəmli məsələlərin müzakirəsi baxımından dəyərli hesab edirik. Yaşayış icazəsi prosesi tələbələr üçün ən həssas mövzulardan biri olduğuna görə, bu sahədə doğru məlumatın vaxtında çatdırılması və aidiyyəti qurumlarla əlaqələrin gücləndirilməsi fəaliyyətimizin əsas istiqamətlərindən biridir.


Göstərdikləri diqqətə, faydalı məlumatlara və əməkdaşlığa açıq yanaşmaya görə Ankara İl Göç İdarəsinə və xüsusilə Uyum Birimindən Merve xanıma təşəkkürümüzü bildiririk.


AZMODER olaraq tələbələrimizin hüquqi çərçivələr daxilində daha doğru məlumatlandırılması və qarşılaşdıqları problemlərin həlli istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page