top of page

AZMODER İstanbulda ilk tələbə görüşünü təşkil etdi

Azmoder

21 İyun 2026

21.06.2026 tarixində AZMODER tərəfindən İstanbulda təhsil alan azərbaycanlı tələbələr üçün piknik formatında tanışlıq və sosial görüş təşkil edildi.

21 iyun 2026-cı il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi — AZMODER olaraq İstanbulda təhsil alan azərbaycanlı tələbələr üçün ilk sosial görüşlərimizdən birini həyata keçirdik.


Piknik formatında təşkil olunan görüşün əsas məqsədi İstanbulda təhsil alan tələbələr arasında əlaqələri gücləndirmək, onların bir-biri ilə daha yaxından tanış olmasına şərait yaratmaq və şəhər üzrə tələbə şəbəkəmizin formalaşmasına dəstək olmaq idi.

Tədbir zamanı tələbələrlə səmimi mühitdə söhbət edilmiş, onların İstanbulda təhsil və sosial həyatla bağlı təcrübələri dinlənilmiş, gələcəkdə həyata keçirilə biləcək fəaliyyətlər barədə fikir mübadiləsi aparılmışdır.


AZMODER olaraq Türkiyənin müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin daha təşkilatlanmış, məlumatlı və bir-birinə dəstək olan bir şəbəkə daxilində birləşməsini önəmli hesab edirik. İstanbulda yaradılan WhatsApp məlumat və dəstək qrupu da bu istiqamətdə atılan addımlardan biridir.


İstanbulda təhsil alan tələbələrimizin bu şəbəkəyə qoşulması, həm məlumat axınının güclənməsinə, həm də gələcək tədbir və fəaliyyətlərin daha sistemli şəkildə təşkil olunmasına imkan yaradacaqdır.


AZMODER olaraq İstanbulda fəaliyyətlərimizi genişləndirməyə və tələbələrimiz üçün faydalı sosial, maarifləndirici və təşkilati layihələr həyata keçirməyə davam edəcəyik.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page