
Azmoder
27 Dekabr 2025
Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi 27.12.2025 tarixində Azərbaycan–Türkiyə Tələbə Birliyi tərəfindən təşkil olunan Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü proqramının tərəfdaşı olub.
27 dekabr tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi — AZMODER olaraq Azərbaycan–Türkiyə Tələbə Birliyi tərəfindən təşkil olunan Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü proqramının tərəfdaşı olduq.
Tədbir Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin bir araya gəlməsi, yeni il münasibətilə səmimi mühitdə görüşməsi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ruhunun tələbələr arasında yaşadılması baxımından dəyərli bir təşəbbüs olmuşdur.
Proqram çərçivəsində tələbələr arasında tanışlıq və ünsiyyət imkanları yaranmış, birlik, həmrəylik və tələbə dayanışması ön plana çıxmışdır. Bu cür tədbirlər xaricdə təhsil alan azərbaycanlı gənclərin bir-biri ilə əlaqələrinin güclənməsinə, sosial mühitin inkişafına və ortaq dəyərlər ətrafında birləşməsinə mühüm töhfə verir.
AZMODER olaraq tələbələrimizin bu şəkildə təşkilatlanmasını, təşəbbüs göstərməsini və bir araya gəlməsini hər zaman yüksək qiymətləndiririk. İnanırıq ki, bu yol doğru yoldur və tələbə birliklərinin güclənməsi Türkiyədəki azərbaycanlı tələbə icmasının daha sağlam və fəal formalaşmasına xidmət edir.
Bu gözəl proqramın təşkilində əməyi keçən, vaxtını və enerjisini ortaya qoyan bütün tələbə dostlarımıza, xüsusilə Azərbaycan–Türkiyə Tələbə Birliyinə təşəkkürümüzü bildiririk.
AZMODER olaraq bundan sonra da tələbə təşəbbüslərinin yanında olmağa, həmrəylik və birlik ruhunu gücləndirən fəaliyyətlərə dəstək verməyə davam edəcəyik.
