top of page

Ankara Hacı Bayram Veli Universitetinə müraciət təqdim edildi

Azmoder

07 May 2024

AZMODER nümayəndələri 07.05.2024 tarixində Ankara Hacı Bayram Veli Universitetinə mümkün əməkdaşlıq istiqamətləri və tələbələrə yönəlik fəaliyyətlərlə bağlı müraciət təqdim ediblər.

07 may 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi tərəfindən Ankara Hacı Bayram Veli Universitetinə müraciət təqdim edilmişdir.

Müraciətdə universitetdə təhsil alan azərbaycanlı tələbələrlə əlaqələrin gücləndirilməsi, tələbələrin akademik və sosial həyata daha rahat adaptasiyası, məlumatlandırma fəaliyyətlərinin artırılması və gələcəkdə həyata keçirilə biləcək ortaq layihələr barədə təkliflər yer almışdır.


AZMODER olaraq Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin universitetlərlə daha sağlam əlaqə qurmasını, tələbə təşəbbüslərinin dəstəklənməsini və universitet daxilində fəal tələbə mühitinin formalaşmasını önəmli hesab edirik.


Ankara Hacı Bayram Veli Universitetinə təqdim edilən müraciətin gələcək əməkdaşlıq imkanları üçün faydalı bir başlanğıc olacağına inanırıq.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page