top of page

“Heydər Əliyev və Türk Dünyası” adlı paneldə iştirak etdik

Azmoder

09 May 2024

AZMODER nümayəndələri 09.05.2024 tarixində Ankara Universiteti və Azərbaycan Respublikasının Ankara Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Türk Dünyası” adlı paneldə iştirak ediblər.

09 may 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin nümayəndələri Ankara Universiteti və Azərbaycan Respublikasının Ankara Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Türk Dünyası” adlı paneldə iştirak ediblər.


Paneldə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki rolu, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına verdiyi töhfələr və Türk dünyası ilə bağlı siyasi baxışı haqqında çıxışlar edilmişdir.


Tədbir çərçivəsində Heydər Əliyevin “Bir millət, iki dövlət” anlayışı əsasında Azərbaycan və Türkiyə arasında qurulan qardaşlıq münasibətlərinin tarixi və müasir dövrdəki əhəmiyyəti vurğulanmışdır. Həmçinin Türk dünyasında birlik, əməkdaşlıq və ortaq dəyərlərin qorunması mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.


AZMODER olaraq belə tədbirlərdə iştirak etməyi Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin milli yaddaş, dövlətçilik ənənələri və Türk dünyası ilə bağlı məlumatlılığının artırılması baxımından önəmli hesab edirik.

Tədbirin təşkilatçılarına dəvət və faydalı proqram üçün təşəkkürümüzü bildiririk.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page