
İş Haqqında
PM Legal MMC hüquq ixtisası üzrə təhsil alan 2 tələbəyə ödənişli staj imkanı təqdim edir.
Staj müddətində tələbələr hüquqi işlərin aparılması prosesini yaxından müşahidə etmək, praktiki tapşırıqlarda iştirak etmək və universitetdə qazandıqları nəzəri bilikləri peşəkar mühitdə tətbiq etmək imkanı əldə edəcəklər.
Staj çərçivəsində hər bir tələbəyə 200 AZN ödəniş ediləcək.
Staj istiqamətləri
Qanunvericiliyin və məhkəmə təcrübəsinin araşdırılması;
Hüquqi rəylərin və arayışların hazırlanmasına dəstək;
Müqavilə və digər hüquqi sənədlərin təhlili;
Ərizə, şikayət və prosessual sənədlərin hazırlanması ilə tanışlıq;
Kommersiya və mülki hüquq məsələlərinin araşdırılması;
Cinayət işləri üzrə hüquqi araşdırmaların aparılması;
Müştəri işlərinin sənədləşdirilməsi;
Hüquqi məlumatların sistemləşdirilməsi.
Tələblər
Hüquq ixtisası üzrə aktiv tələbə olmaq;
Azərbaycan qanunvericiliyinə və hüquqi araşdırmalara maraq göstərmək;
Hüquqi mətnləri oxumaq, təhlil etmək və fikrini yazılı şəkildə ifadə etmək bacarığına malik olmaq;
Azərbaycan dilində səlis yazı qabiliyyətinə sahib olmaq;
MS Office proqramlarından istifadə edə bilmək;
Diqqətli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq;
Məxfi məlumatlarla işləmə qaydalarına riayət etmək;
Komanda ilə işləməyi və verilən tapşırıqları vaxtında yerinə yetirməyi bacarmaq;
Bakı şəhərində keçiriləcək staj proqramında iştirak edə bilmək.
Firma Haqqında
PM Legal MMC fiziki və hüquqi şəxslərə vəkillik və hüquqi məsləhət xidmətləri göstərən hüquq şirkətidir.
Şirkətin fəaliyyət istiqamətlərinə cinayət və kommersiya işləri üzrə vəkillik, müqavilə və öhdəliklərin idarə olunması, borcların hüquqi tənzimlənməsi, qanunvericiliyin təhlili və normativ sənədlərin ekspertizası daxildir.
