top of page

“MEC Design” şirkətində staj imkanı

Bakü, Azerbaycan

İşin növü

Staj

İş Qrafiki

Tam Ştat

İş Formatı

Hibrid

Son Başvuru Tarixi

26.07.26 11:00

Staj/İş Tarixi

Vakansiya sayı

30 gün

2 nəfər

315706905_101328886147707_871028257380997651_n.jpg

İş Haqqında

MEC Design LLC Bakıda fəaliyyət göstərən mühəndislik və tikinti şirkətidir.

Şirkət çoxfunksiyalı bina və komplekslərin tikintisi, mühəndisliyi, memarlıq layihələndirilməsi və interyer tamamlama işləri üzrə xidmətlər göstərir. Fəaliyyət istiqamətlərinə memarlıq, MEP sistemləri və təbii daş tətbiqləri də daxildir.

Tələblər

  • Memarlıq və ya inşaat mühəndisliyi ixtisası üzrə aktiv tələbə olmaq;

  • Tikinti, memarlıq və interyer layihələrinə maraq göstərmək;

  • Texniki çertyojları oxumaq və anlamaq bacarığına sahib olmaq;

  • AutoCAD üzrə ilkin biliklərə malik olmaq;

  • Revit, ArchiCAD, SketchUp və digər layihələndirmə proqramlarını bilmək üstünlükdür;

  • Analitik düşünmə və problem həll etmə bacarığına malik olmaq;

  • Sahə şəraitində işləməyə və öyrənməyə hazır olmaq;

  • Məsuliyyətli, intizamlı və komanda işinə uyğun olmaq;

  • Verilən tapşırıqları vaxtında yerinə yetirmək;

  • Bakı şəhərində keçiriləcək staj proqramında iştirak edə bilmək.

Firma Haqqında

MEC Design aşağıdakı ixtisaslar üzrə ümumilikdə 2 tələbəyə staj imkanı təqdim edir:

Memarlıq — 1 nəfər
İnşaat mühəndisliyi — 1 nəfər

Staj müddətində tələbələr real tikinti və memarlıq layihələri ilə tanış olmaq, layihələndirmədən sahədə tətbiqədək olan prosesləri müşahidə etmək və nəzəri biliklərini praktiki iş mühitində inkişaf etdirmək imkanı əldə edəcəklər.

Memarlıq istiqaməti

Memarlıq və interyer layihələrinin hazırlanması;
Plan, kəsik və görünüşlərin işlənməsi;
İşçi çertyojların hazırlanması və təhlili;
Material və konstruktiv həllərin seçilməsi;
Fit-out və interyer tamamlama prosesləri;
Memarlıq layihəsinin sahədə tətbiqinin izlənilməsi;
Layihə və icra komandaları arasında koordinasiya.

İnşaat mühəndisliyi istiqaməti

Tikinti və sahə işlərinin müşahidəsi;
Layihə sənədlərinin və texniki çertyojların təhlili;
Tikinti proseslərinin planlaşdırılması və izlənilməsi;
Görülən işlərin layihəyə uyğunluğuna nəzarət;
Material həcmlərinin və texniki göstəricilərin hesablanması;
Keyfiyyət və əməyin təhlükəsizliyi qaydaları ilə tanışlıq;
Sahə hesabatlarının hazırlanması.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page