
İş Haqqında
PROYAPI Mühəndislik və Müşavirlik A.Ş. 1994-cü ildə yaradılmış, beynəlxalq səviyyədə mühəndislik, layihələndirmə, müşavirlik və tikintiyə nəzarət xidmətləri göstərən şirkətdir.
Şirkət avtomobil yolları, dəmir yolları, metro və yüngül relsli sistemlər, tunellər, su qurğuları, bəndlər, dəniz konstruksiyaları və ağıllı nəqliyyat sistemləri üzrə layihələr həyata keçirir. Baş ofisi Ankarada yerləşən PROYAPI-nın Bakı da daxil olmaqla müxtəlif ölkələrdə filialları fəaliyyət göstərir. Ətraflı məlumat: www.proyapi.com/az
Tələblər
İnşaat mühəndisliyi və ya elektrik-elektronika mühəndisliyi üzrə aktiv tələbə olmaq;
İnfrastruktur, nəqliyyat və mühəndislik layihələrinə maraq göstərmək;
İxtisas üzrə əsas nəzəri biliklərə sahib olmaq;
Texniki çertyoj və sxemləri oxumaq bacarığına malik olmaq;
AutoCAD və digər mühəndislik proqramları üzrə ilkin biliklərin olması üstünlükdür;
Analitik düşünmə və problem həll etmə bacarığına sahib olmaq;
Məsuliyyətli, intizamlı və öyrənməyə həvəsli olmaq;
Komanda ilə işləməyi və verilən tapşırıqları vaxtında yerinə yetirməyi bacarmaq;
İngilis dili biliyi üstünlükdür;
Bakı şəhərində keçiriləcək staj proqramında iştirak edə bilmək.
ODTÜ tələbəsi arzuolunandır
Firma Haqqında
PROYAPI aşağıdakı ixtisaslar üzrə ümumilikdə 3 tələbəyə staj imkanı təqdim edir:
İnşaat mühəndisliyi — 2 nəfər
Elektrik və elektronika mühəndisliyi — 1 nəfər
Staj müddətində tələbələr real infrastruktur layihələri, mühəndislik və layihələndirmə prosesləri ilə tanış olmaq, nəzəri biliklərini peşəkar iş mühitində inkişaf etdirmək imkanı əldə edəcəklər.
İnşaat mühəndisliyi istiqaməti
Yol, dəmir yolu, metro və tunel layihələrinin öyrənilməsi;
İnfrastruktur və konstruksiya layihələrinin hazırlanması;
Texniki çertyojların və layihə sənədlərinin təhlili;
Material və konstruksiya həllərinin qiymətləndirilməsi;
Tikinti işlərinin planlaşdırılması və icrasına nəzarət;
Sahə məlumatlarının və mühəndislik hesabatlarının hazırlanması;
Keyfiyyətə nəzarət və texniki müşavirlik prosesləri.
Elektrik və elektronika mühəndisliyi istiqaməti
Tunel və nəqliyyat infrastrukturlarının elektromexaniki sistemləri;
Elektrik təchizatı və paylayıcı sistemlər;
İşıqlandırma və enerji sistemlərinin layihələndirilməsi;
Nəzarət, rabitə və avtomatlaşdırma sistemləri;
Elektrik sxemlərinin və texniki sənədlərin öyrənilməsi;
Ağıllı nəqliyyat sistemlərinin iş prinsipləri;
Avadanlıqların texniki göstəricilərinin qiymətləndirilməsi.
