
İş Haqqında
Systemair mexanika mühəndisliyi və avtomatlaşdırma mühəndisliyi istiqamətləri üzrə ümumilikdə 2 tələbəyə staj imkanı təqdim edir.
Staj müddətində tələbələr HVAC sistemləri və onların avtomatlaşdırılması ilə yaxından tanış olmaq, real mühəndislik proseslərini müşahidə etmək və nəzəri biliklərini praktiki iş mühitində inkişaf etdirmək imkanı əldə edəcəklər.
Mexanika mühəndisliyi istiqaməti
HVAC və havalandırma sistemləri;
İsitmə, soyutma və hava dövriyyəsi prinsipləri;
Ventilyator və havalandırma qurğularının seçilməsi;
Hava axını, təzyiq itkisi və enerji səmərəliliyi hesablamaları;
Texniki layihələrin və çertyojların hazırlanması;
Avadanlıqların texniki göstəricilərinin təhlili;
Məhsul seçimi və layihələrə uyğun texniki həllərin hazırlanması.
Avtomatlaşdırma istiqaməti
HVAC sistemlərinin avtomatik idarə edilməsi;
Sensorlar və ölçmə avadanlıqları;
Temperatur, təzyiq və hava axınının idarə olunması;
Nəzarət və idarəetmə sistemlərinin iş prinsipləri;
Bina idarəetmə sistemləri — BMS;
Elektrik və avtomatlaşdırma sxemlərinin oxunması;
Enerji sərfiyyatının izlənilməsi və optimallaşdırılması.
Tələblər
Mexanika mühəndisliyi, avtomatlaşdırma mühəndisliyi və ya əlaqəli ixtisas üzrə aktiv tələbə olmaq;
HVAC, enerji səmərəliliyi və bina avtomatlaşdırma sistemlərinə maraq göstərmək;
Əsas mühəndislik biliklərinə sahib olmaq;
Texniki çertyoj və sxemləri oxumaq bacarığına malik olmaq;
AutoCAD və digər mühəndislik proqramları üzrə ilkin biliklər üstünlükdür;
Analitik düşünmə və problem həll etmə bacarığına sahib olmaq;
Məsuliyyətli, intizamlı və öyrənməyə həvəsli olmaq;
Komanda ilə işləməyi və verilən tapşırıqları vaxtında yerinə yetirməyi bacarmaq;
İngilis dili biliyi üstünlükdür;
ODTÜ-də təhsil alan tələbələrə üstünlük veriləcəkdir.
Firma Haqqında
Systemair isitmə, soyutma, havalandırma və hava keyfiyyəti — HVAC sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir.
Şirkət təxminən 50 ildir enerji səmərəli və dayanıqlı havalandırma həlləri təqdim edir. Məhsul portfelinə ventilyatorlar, kondisioner və havalandırma qurğuları, hava paylama sistemləri, yanğın təhlükəsizliyi avadanlıqları və idarəetmə sistemləri daxildir. Ətraflı məlumat: www.systemair.com/az-az
