
İş Haqqında
BMY Caspian MMC aşağıdakı ixtisaslar üzrə təhsil alan tələbələrə staj imkanı təqdim edir:
İnşaat mühəndisliyi;
Sənaye mühəndisliyi;
Memarlıq.
Staj müddətində tələbələr real inşaat layihələri, müasir tikinti materialları və layihələrin icra prosesləri ilə tanış olmaq, nəzəri biliklərini praktik iş mühitində inkişaf etdirmək imkanı əldə edəcəklər.
İnşaat mühəndisliyi istiqaməti
İnşaat və tətbiq proseslərinin müşahidəsi;
Hidroizolyasiya və istilik izolyasiyası sistemləri;
Dəmir-beton konstruksiyaların gücləndirilməsi;
Texniki sənədlərin və layihələrin öyrənilməsi;
Materialların texniki xüsusiyyətlərinin təhlili;
Sahədə keyfiyyətə və işlərin icrasına nəzarət.
Sənaye mühəndisliyi istiqaməti
Layihələrin planlaşdırılması və icrasının izlənilməsi;
İş proseslərinin təhlili və optimallaşdırılması;
Material və resursların planlaşdırılması;
Təchizat və əməliyyat prosesləri;
Vaxt və xərclərin idarə olunması;
Keyfiyyət idarəetməsi və hesabatların hazırlanması.
Memarlıq istiqaməti
Memarlıq və texniki layihələrin nəzərdən keçirilməsi;
Tikinti materiallarının layihəyə uyğun seçilməsi;
Döşəmə örtüklərinin dizaynı və tətbiqi;
Funksional və estetik həllərin hazırlanması;
Texniki çertyojların oxunması;
Layihələndirmə ilə sahədəki tətbiq prosesinin əlaqələndirilməsi.
Tələblər
İnşaat mühəndisliyi, sənaye mühəndisliyi və ya memarlıq ixtisası üzrə aktiv tələbə olmaq;
İnşaat və layihə idarəetməsi sahəsinə maraq göstərmək;
Texniki çertyoj və layihələri oxumaq bacarığına sahib olmaq;
AutoCAD və müvafiq mühəndislik proqramları üzrə ilkin biliklərin olması üstünlükdür;
Analitik düşünmə və problem həll etmə bacarığına malik olmaq;
Sahə şəraitində işləməyə və öyrənməyə hazır olmaq;
Məsuliyyətli, intizamlı və komanda işinə uyğun olmaq;
Verilən tapşırıqları vaxtında yerinə yetirmək;
Bakı şəhərində keçiriləcək staj proqramında iştirak edə bilmək.
ODTÜ tələbəsi olması arzuolunandır
Firma Haqqında
BMY Caspian MMC müasir inşaat həlləri sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətidir.
Şirkətin fəaliyyət istiqamətlərinə hidroizolyasiya, istilik və səs izolyasiyası, yanğın baryerləri, dəmir-beton konstruksiyaların gücləndirilməsi, eləcə də döşəmə örtüklərinin dizaynı və tətbiqi daxildir. Şirkət müxtəlif sənaye, kommersiya və infrastruktur layihələrində iştirak edib. Ətraflı məlumat: www.bmycaspian.com
