top of page

“Dynamic Box Studio”da staj imkanı

Bakü, Azerbaycan

İşin növü

Staj

İş Qrafiki

Tam Ştat

İş Formatı

Hibrid

Son Başvuru Tarixi

26.08.26 11:00

Staj/İş Tarixi

Vakansiya sayı

Təyin edilməyib

2 nəfər

315706905_101328886147707_871028257380997651_n.jpg

İş Haqqında

Proqramlaşdırma üzrə – 2 nəfər

Oyun proqramlaşdırması;
Oyun mexanikalarının hazırlanması;
C# və Unity ilə işləmə;
Obyektyönümlü proqramlaşdırma;
Alqoritmlərin hazırlanması;
Git və versiya nəzarəti;
Proqramların test edilməsi və xətaların aradan qaldırılması.

Rəqəmsal incəsənət və dizayn üzrə – 2 nəfər

Concept art;
Rəqəmsal illüstrasiya;
2D və 3D dizayn;
Personaj və mühit dizaynı;
Modelləşdirmə və teksturlaşdırma;
Rigging;
Animasiya.

Tələblər

Proqramlaşdırma istiqaməti üzrə

  • Kompüter mühəndisliyi, proqram mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli ixtisas üzrə aktiv tələbə olmaq;

  • Proqramlaşdırmanın əsaslarını bilmək;

  • Alqoritmik və analitik düşünmə bacarığına sahib olmaq;

  • C# və Unity ilə işləməyə maraq göstərmək;

  • Oyun istehsalı sahəsində inkişaf etmək istəmək;

  • Şəxsi və ya universitet layihəsinin olması üstünlükdür.

Rəqəmsal incəsənət və dizayn istiqaməti üzrə

  • Rəqəmsal incəsənət, dizayn, memarlıq və ya əlaqəli sahədə təhsil almaq, yaxud müvafiq praktik bacarıqlara sahib olmaq;

  • Rəsm, kompozisiya, rəng və perspektiv haqqında ilkin biliklərə malik olmaq;

  • 2D və ya 3D dizayn proqramlarından istifadə edə bilmək;

  • Personaj, oyun və mühit dizaynına maraq göstərmək;

  • Əvvəlki işlərdən ibarət portfolio təqdim etmək.

Ümumi tələblər

  • Məsuliyyətli, intizamlı və öyrənməyə həvəsli olmaq;

  • Komanda ilə işləməyi bacarmaq;

  • Verilən tapşırıqları vaxtında yerinə yetirmək;

  • Bakı şəhərində keçiriləcək staj proqramında iştirak edə bilmək;

  • İngilis dili biliyi üstünlükdür.

Firma Haqqında

Dynamic Box Studio 2017-ci ildə Bakıda yaradılmış və oyun istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətidir.

Şirkət mobil, kompüter və virtual reallıq (VR) oyunlarının hazırlanması ilə yanaşı, proqramlaşdırma, concept art, rəqəmsal illüstrasiya, 3D modelləşdirmə, teksturlaşdırma, rigging və animasiya istiqamətlərində müxtəlif layihələr həyata keçirir. Ətraflı məlumat:
www.dynamicbox.net

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page